Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Yerli turistik məkan “Ləzə”

Azərbaycanın “Şimal qapısı” olaraq adlandırılan Qusar rayonunun turistik yerlərindən biri də Ləzə kəndidir. Ləzə kəndi Şahdağ yüksəkliyinin “Şah yaylaq” dağının ətəyində yerləşir. Bu dağ kəndini əsrarəngiz bir mənzərə əhatə edir və qayalıqlarından axan çoxsaylı şəlalələri ilə məşhurdur. Kəndin ərazisində, 10-20 km radiusda görməli ekskursiya məntəqələri var. Səyahət və ekskursiyaları atla və ya piyada təşkil etmək olar. Ekskursiyalar, turist səyahətləri və alpinizimlə, Qusar çayının sahilində, kənddən 1 km aralıda yerləşən Suvar pansionatının təcrübəli instruktorları tərəfindən keçirilir. Pansionat il boyu fəaliyyət göstərir. Qışda burada qar çox olduğundan , pansionatın ətrafında olan dağ yamaclarında xizək gəzintisi təşkil etmək mümkündür. Pansionatın ətrafında müxtəlif ekskursiya obyektləri mövcuddur:

– “Çar” mağarası (800m. uzunluğunda olan Şahdağ massivinin qaya divarında şaquli vəziyyətdə dərin bir mağaradır).

– Qusar çayın üzərində yerləşən qədim daş körpü, Qönçi-Myux.

– Şahdağ massivinin ətəyində müqəddəs yer (pir).

Şahdağ zirvəsinə qalxan yolda şəlalələr, qışda sıldırım buzlaqlara çevrilərək çox gözəl mənzərə yaradır.  Qusar çayın o biri sahilində, kəndlə üz-üzə uca təpədə qədim mühafizə qala divarlarının qalıqları var.

Kəndin sakinləri adi dağ həyatı yaşayırlar. Və Ləzədə inkişaf edən ev turizmi buraya gələn turistlərin bir neçə günlük olsa belə şəhərin səs küyündən uzaq olan bu təbii yaşamı dadmasına imkan yaradır.

Ləzəni ziyarət edənlər milli mətbəxdən yüksək zövq alırlar. Burada daha çox ət və kartof piroqları bişirilir (çkan). Gündəlik həyatda göyərti, ət və qarın qutabları bişirilir (afar). Çörəyi təndirdə yapırlar (xizanfu, çaravatfu).

Ləzəyə getmək üçün Bakıdan və Qusarın mərkəzindən turlar təşkil olunur. Gəlin getdik!