Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

WoWoman: Tech-Tech Xanim İT Yay Məktəbinə başlayır.

poster (1)

İyul və avqust aylarında xanımların İT üzrə bilik və bacarıqlarını artıra biləcəyi Tech-Tech Xanım Yay Məktəbi fəaliyyət göstərəck. Belə ki, 3 həftəlik intensiv kursa iki ayrı qrup üzrə artıq seçim mərhələsinə start verilmişdir. İlk qrup 10-16 yaşlı qızlar üçün, digər qrup isə yaşından və təcrübəsindən asılı olmayaraq, bu sahəyə marağı olan bütün qadınlar üçündür.

Əgər siz də dünyada sürətlə inkişaf edən sahənin bir hissəsi olmaq, 21-ci əsrdə ən çox işçi tələb olunan sektorda karyera qurmaq, digər qızlarla birlikdə İT bilik və bacarıqlarınızı artırmaq, stereotipləri qırmaq, özünəinamı artırmaq və arzularınıza çatmaq istəyirsinizsə, Yay Məktəbinə qoşulun!

 

Kurs ərzində xanımlar proqramlaşdırmanın əsasları, texnoloji anlayışlar, verilənlər bazası, şəbəkə texnologiyaları, mobil tətbiqlərin yaradılması , layihə üzərində işləməyi öyrənəcəklər. Bütün zamanlarda sizin edə biləcəyiniz ən yaxşı töhfə məhz özünüzə, sizin inkişaf və təhsilinizə olan töhfədir, əziz xanımlar.
İçştirak etmək üçün müvafiq formanı doldurmaq lazımdır:
• 10-16 yaşlı şagirdlər üçün: http://goo.gl/forms/0wICqP8Sn7zR7zLB2
• tələbələr və məzunlar üçün: http://goo.gl/forms/1KBYvEwENQpWDmjx2

 

Təlimçi:Günay Kazımzadə
– Britaniya məktəbində İKT İnstruktor
– Xəzər Universiteti, Riyaziyyat üzrə Lektor
– Tech Tech Xanim Layihəsinin Meneceri
(Daha ətraflı https://www.linkedin.com/in/gunaykazimzade)trainer

 

Zaman:
• 10-16 yaşlı şagirdlər üçün: Həftə içi hər gün 10:30-13:00
• tələbələr və məzunlar üçün: Həftə içi hər gün 17:30-20:00
Başlama tarixi və müddəti: 4 İyul- 22 Iyul və ya 1 Avqust – 19 Avgust

 

Qeyd edək ki, WoWoman qadınların inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın, “qeyri-mümkün” arzularını həyata keçirmək üçün yol göstərən, işarələr verən platformadır. Tech-Tech Xanim isə İT elmini xanımlar arasında təbliğ etmək və bu sahədə xanım mütəxəssislərin sayını artırmaq məqsədilə yaradılan layihədir.

Leave a Reply