Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

WOWOMAN qadınların inkişafı mərkəzi – 1 YAŞINDA!

WOWOMAN qadınların peşəkar və fərdi inkişafı üçün yaradılan platformadır. Əsas məqsədi – xanımların özlərini ifadə edəcəkləri, şəxsi və professional bacarıqlarını inkişaf etdirəcəkləri və özlərinə inamı artıracaqları platforma yaratmaqdır. Fəaliyyətinin birinci ilini başa vuran platforma xanımlarımızın inkişafına mühim tövhə verməkdə davam edir. Bu il ərzində 30-dan çox seminar, təlim və tədbirlər, 2 uzun müddətli kurs, xanımlar üçün xüsusi İT layihə – Tech-Tech Xanım, və WOWOMAN PRO təlimləri təşkil olunub, və əminliklə deyə bilərik ki, WOWOMAN öz missiyasını yüksək dərəcədə yerinə yetirib. Təlimlər yerli və xarici tanınmış ekspertlər – Şəms Mustafayeva, Səma Abiyeva, Coşqun Kərimov, Anna Petrova, Fəxri Ağayev, Myrto Okle, Rafiq Hunaltay, Müşfiq Həsənov, Yelena Sidorenko, Sabina Şahi və digərləri tərəfindən keçirilmişdir. Bu tədbirlərdə ümumi 5200-dən artıq müraciət və 1600-dən artıq üzv qəbul olunmuşdur.

İlk ilinin uğurlarına nəzər salmaq və yeni layihələrin açılışını etmək üçün WOWOMAN 6 fevral tarixində tanınmış xanımları, media nümayəndələrini və  üzvlərini Fairmont Baku otelində bir araya toplayacaq. Tədbirdə Zara Apetrei Hüseynova, Nigar Köçərlı, Günay Malikqızı, Elnara Nahmetova, Nigar Arpadarai, Zeynəb Məmmədyarova, Zəhra Bədəlbəyli və digər tanınmış xanımların  iştirakı ilə hazırlanan “Qorxmasaydım” adlı xüsusi video-çarx, həmçinin, “Özünü İfadə Et” platforması təqdim olunacaqdır.

WOWOMAN platformasının təsisçisi Zara Apetrei Hüseynovanın sözlərinə əsasən, təşkilatın əsas məqsədi həmişə olduğu kimi qalacaq: xanımların peşəkar və şəxsi inkişafına dəstək vermək. “WOWOMAN hər zaman arzulamağa cürət edən xanımlar üçün olacaq, və onlara bu arzuları reallaşdırmaq üçün imkanlar yaradacaqdır. Əgər siz də belə xanımlardansınızsa, və ya olmaq istəyirsinizsə, sizin bu səyahətinizə dəstək olmağa hazırıq!”, deyə xanım Hüseynova bildirib.
WOWOMAN 6 WOWOMAN 5 WOWOMAN 4 WOWOMAN 3 WOWOMAN 2 WOWOMAN-1 WOWOMAN sadsad