Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

WoWoman platforması iki illiyini qeyd edib.

WoWoman fəaliyyətinin ikinci ilini təntənəli tədbirlə qeyd edib.

Buzz.az xəbər verir ki, Fairmont Baku otelinin dəstəyi ilə 19 fevral tarixində keçirilən tədbirdə media nümayəndələri, tanınmış qonaqlar, təlimçilər, səfirliklər və nazirliklərin,  dövlət qurumları və özəl sektorun təmsilçiləri iştirak etmişdir. Tədbir zamanı il ərzində Tech-Tech Xanım İT sahəsində çalışan xanımlar üçün təşkil olunan proqramlar, bu il fəaliyyətə başlayan iki layihə – WoWenture sahibkarlıq proqramı, HR sahəsində çalışan xanımlar üçün HR Academy layihəsi və digər tədbirlər haqqında məlumat qonaqlarla paylaşılıb.

Platformanın təsisçisi Zara Apetrei Huseynovanın qeyd etdiyi kimi, bu il WoWoman platforması Gəncə şəhərində öz nümayəndəliyini təsis etmişdir və orda yaşayan xanımlar üçün artıq 2 tədbir – “Sıfırdan başla” və “LimitSizsiniz” baş tutmuşdur. Gəncə şəhərində və digər regionlarda yaşayan xanımların inkişafına töhfə vermək məqsədilə bu tədbirlərin davam etdiriləcəyi açıqlanıb.

İkinci ilində ən böyük nailiyyəti isə WoWoman platformasının xarici ölkələrərdə fəaliyyətə başlaması və Ukrayna, Belarus, Qırğızıstan, Pakistannümayəndəliklərinin yaradılmasıdır. Zara Hüseynova: “Biz bütün yaratdığımız nümayəndiliklərə Azərbaycanda WoWoman platformasının uğurundan danışırıq və cəmiyyətdə etdiyimiz müsbət dəyişiklikləri qeyd edirik. Bu isə, öz növbəsində, dünya xanımlarının düqqətini çəkir və öz ölkələrində də eyni istiqamətdə tədbirlər və kurslar təşkil etməyə başlayırlar. Bişkekdə keçirdiyimiz ilk tədbirdə 350+ müraciət aldıq, 150 xanım iştirak etdi və WoWoman Azərbaycanın fəaliyyəti haqqında məlumat əldə etdi. Bizim üçün bu fəxrdir.

Növbəti ildə, hazırda davam edən WoWenture, HR Academy, Events and Express yourself layihələri ilə yanaşı, dünyanın daha 20 ölkəsində platformanı təsis etməyi, yeni “Pro in Projects” layihənin idarəedilməsi proqramını  və WoWideo film çəkmək üzrə proqrama başlayacağıq. Həmçinin, xanımlarda özlərinə inamı artırmaq və mentorluq vasitəsilə onlara yeni biliklər öyrətməq məqsədilə ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə “WoWoman in Me” layihəsinə start veriləcək.”

Daha sonra xanım Hüseynova, hazırda Kaliforniyada Silikon Vadisində təhsil aldığı proqramda öyrəndiklərinin platformanın daha da inkişaf etməsinə, dünyanın bir çox ölkələrində fəaliyyətə başlamağa və daha çox xanımın həyatını müsbət dəyişməyə kömək edəcəyinə inandığını qeyd edib. Yeni online platformanın yaranmasından xəbərdar olmaq, həmçinin, WoWoman cəmiyyətinin ilk üzvlərdən biri olmaq üçün linkdən qeydiyyatdan keçə bilərsiniz: http://wowomanplatform.pagedemo.co/

Qeyd edək ki, WoWoman qadınların inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın və mümkünsüz görünən arzularını həyata keçirmək üçün yol göstərən, istiqamətləndirən platformadır. Xanımların fərdi və peşəkar inkişafına dəstək olmaq məqsədilə yaradılan platforma 2 il ərzində 6500-dən çox iştirakçı ilə 100-dən çox tədbir, 15 uzun müddətli proqram təşkil edib və 17 500 müraciət alıb.

Tədbirin videosunu aşağıdakı linkdən izləyə bilərsiniz :

Leave a Reply