Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

WOWOMAN ilk ilini belə qeyd etdi – FOTOLAR

1 il ərzində xanımların inkişafı üçün müxtəlif formatda tədbirlər keçirən WOWOMAN platforması Fairmont oteldə fəaliyyətin ilk ilini qeyd etdi. Tədbir tanınmış blogerləri, media nümayəndələrinin, yerli və xarici şirkətlər rəhbərlərinin iştirakı ilə yaddaqalan oldu. Açılış nitqində dəstəyə görə Fairmont Otelə təşəkkürünü bildirən platformanın təsisçisi Zara Apetrei Hüseynova, daha sonra 1 illik fəaliyyətləri haqqında öz təqdimatında danışdı. Tədbirin əsas hissədində #Qorxmasaydım adlı video çarx təqdim olundu.

wowoman

Zara Apetrei Hüseynova bu çarxı belə ifadə edir:

“#Qorxmasaydim məhz sizin üçündü, əziz xanımlar. Bu bizim ehtiyacımız olan kiçik motivasiyadır. Hər birimizdə müxtəlif qorxular olur: tək qalmaq, yalnış yolu seçmək, səhv etmək, dəstək görməmək kimi. Əsas o qorxulara düşmən kimi yox, yol göstərən kompas kimi baxmaqdır. Məhz onlar istədiyimiz həyatla aramızda duran sərhəddir, qorxuları aşmaqla bütün xəyallarımızı gerçəkləşdirə bilərik.”

https://youtu.be/roQs3rLLsAg linki vasitəsilə video çarxı sizdə izləyib, #Qorxmasaydim hashtagi sosial şəbəkələrdə öz fikrinizi paylaşa bilərsiniz.

Bundan əlavə, WOWOMAN “Özünü İfadə Et” online platformanın və “My WOWOMAN book” xüsusi dizaynla hazırlanmış gündəliyinində təqdimatını etdi. Həyatlarını dəyişmiş və arzularını reallaşdırmış xanımların uğur hekayələrini və əzm göstərərək əldə etdiklərini artıq www.wowoman.org saytı vasitəsilə oxuya bilərsiniz. “Bu platforma xəyal etməyə cəsarət edən və xəyallarının ardınca gedən bütün xanımlar üçündür. Təcrübəmizi və biliklərimiz bölüşərək, birlikdə daha çox müvəffəqiyyət əldə edə bilərik, buna ürəkdən inanırıq”, deyə xanım Hüseynova çıxışında qeyd etmişdir. “My WOWOMAN book” isə gündəlik planlarınızı ən gözəl şəkildə əks etdirəcəyiniz bir dəftərdir. Hərdən xəyal edirik, lakin zamanla onları unuduruq. Gündəliyin yaranmasında əsas məqsəd isə məhz bu xəyallarımızı qeyd edib, onların arxasınca getməkdir. Xüsusi incəliklə hazırladığımız hər səhifəsində xanımlar özlərinə aid nəsə tapacaqlar və gələcəkləri üçün mükəmməl planlarını “My WOWOMAN book” vasitəsilə həyata keçirə biləcəklər.”

Yekunda il ərzində ən çox dəstək göstərən təlimilər, partnyorlar və media nümayəndələri təltif olundu. Xanım Hüseynova bu tədbirin ərsəyə gəlməsində köməyi olan Yüksək Texnologiyalar Parkı, Barama innovasiyalar mərkəzi, Andrews Ties, Seyidbeyli, Jane Packer, P&G, Konsis, Microsoft, Fast Print, Duyme, Schwarzkopf Professional və digər partnyorlara və media nümayəndələrinə də xüsusi təşəkkürünü bildirdi.

Qeyd edək ki, WOWOMAN qadınların peşəkar və fərdi inkişafı üçün yaradılan platformadır və əsas məqsədi – xanımların özlərini ifadə edəcəkləri, şəxsi və professional bacarıqlarını inkişaf etdirəcəkləri və özlərinə inamı artıracaqları platforma yaratmaqdır.
wowoman wowoman wowoman
wowoman

wowoman