Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Uşaqların Gözündə Sevgi

love4-8 yaş arası uşaqlara verilən “sevgi nədir?” sualına balacaların gözlənilməz cavablarını sizə təqdim edirik:

– Nənəm revmatoid artrit xəstəliyinə tutulandan sonra ayaq dırnaqlarını rəngləyə bilmirdi. Babam isə əllərində eyni xəstəlik olmasına baxmayaraq nənəmin ayaq dırnaqlarını rəngləyirdi. Sevgi budur. (Rebecca- 6 yaş)

– Kimsə səni sevəndə sənin adını xüsusi qeyd edir, sən də bilirsən ki, o sənin adını çəkəndə təhlükəsiz yerdəsən. (Billi- 4 yaş)

– Sevgi- harasa, yemək yeməyə gedəndə, əvəzində heç nə istəmədən öz qızarmış kartofunun böyük hissəsini kiməsə verməkdir. (Krissi- 6 yaş)

– Sevgi, yorğun olanda belə səni gülməyə məcbur edən şeydir. (Terri- 4 yaş)

– Sevgi, anamın atama kofe hazırlayanda, dadlı olub-olmadığını bilmək üçün bir qurtum içməsidir. (Denni- 7 yaş)

– Sevgi, oğlana köynəyindən xoşun gəldiyini deməkdir. Sonra o, həmin köynəyi hər gün geyinir. (Noel- 7 yaş)

– Sevgi, anamın atama, tərli və üstü-başı çirkli olsa da, Robert Redforddan daha yaraşıqlı olduğunu deməyidir. (Kris- 7 yaş)

– Sevgi, itini bütün gün evdə tək qoymuş olsan belə, səninlə oynamaq istəməyidir. (Meri-En- 7 yaş)

– Əgər sevmirsənsə heç vaxt “səni sevirəm” deməməlisən. Yox, əgər sevirsənsə onda həmişə deməlisən. İnsanların yadından çıxır. (Jessica- 8 yaş)