Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

“The Atlas of Beauty” layihəsinin təsisçisi WoWomanla görüşdü.


Dünyaya səs salan layihənin təsisçisi, Mihaela Noroc bir-neçə günlük Bakıya səfər edib. Forbes, The Independent, Cnn.com, Elle, Business insider kimi media kanallarında adı hallanan məşur fotoqraf-xanım, iyul ayının 7-si ekskuziv olaraq WoWoman üzvləri və WoWoman komandası ilə görüş keçirib. PicsArt_07-07-06.22.17

Qapalı keçirilən görüş zamanı xanım Noroc öz təəsüratlarını, xatirələrini, yaşadığı və gördüyü xüsusi anları iştirakçılarla bölüşüb. Mihaela öz layihəsi üçün xanımlari seçib, çünki onlarla əlaqəni hiss edir, axı özüdə xanımdır. Onun foto sahəsində olan karyerası bacısının və anasının şəkillərindən başladı, ona görə də təəcüblü deyil ki, o öz qəhrəmanı olaraq bütün dünyada yaşayan gözəl cinsin nümayəndələrinə üstünlük verib.

WoWomanla görüşdə “The Atlas of Beauty” nin müəllifi öz layihəsinə körpə kimi yanaşıdığını və layihəsi böyüyüb inkşaf edənə qədər əldə etmiş təcrübəyə dəyər verdiyini söylədi. Yad ölkələrə tək səyahət etmək çətin bir yoldur və bu işdə Mihaela ona həmişə dəstək olan bir insana – həyat yoldaşına daim minnətdar olduğunu qeyd etdi. PicsArt_07-07-06.31.59

Layihənin müəllifi yeni işləri üçün ilhamı və gücünü tanış olduğu, hekayələrini eşitdiyi və obyektivdən hekayələrini ötürdüyü insanlardan götürür. Mihaelanın qəhrəman seçməkdə heç bir məyarı yoxdur, müəllifin qeyd etdiyi kimi, əlaqə energetik səviyyədə olur, empatiya qurulur və şəkillər çəkilir. Görüşün sonunda Wowomanın komandası Azərbaycanın da fərqli və gözəl xanımlarının “The Atlas of Beauty”-də özünə yer tapmağını arzu etdi.

Mihaela Noroc, həmçinin, öz çıxışlarında vurğulayır ki:
“Foto vasitəsilə, mən, gözəlliyin fərqli olduğunu göstərməyə çalışıram, və bu trend, pul və irqlərdən asılı deil, bu təbii, əsl özün kimi olmaqdan asılıdır. Fikirləşirəm ki, hamımız özümüz kimi olmağa öyrənməliyik və bundan əlavə, başqalarınada özləri kimi olmağa kömək etməliyik. Bütün dünyada bir çox insanlar dininə, iqlinə, rənginə, təbii olmaqlarına görə ayrı-seçkiliklə üzləşirlər.Məncə gözəllik fərqlilikdir, və fikrimcə bu bizi daha tolerant olmağa öyrətməlidir. İncəsənətin yalnız elita üçün olmadığına inanıram. Mən həqiqətən hər bir qadınla ünsiyyət yaratmaq istəyirəm, çünki bizdən hər biri dəyişiklik edə bilər. Birlikdə biz dünyaya daha çox tolerantlıq və gender birliyi gətirə bilərik.”PicsArt_07-07-06.29.44

Xatırladaq ki, bir ildən çoxdur ki, fəaliyyət göstərən WoWoman xanımların peşəkar və fərdi inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın, qeyri-mümkün görsənən arzularını həyata keçirmək üçün yol göstərən, işarələr verən platformadır. Platforma mütəmadi olaraq karyera ambisiyalarını saxlamaq üçün peşəkar inkşafdan başlamış, bədən və zehni xoşbəxt saxlamaq üçün şəxsi inkşafa gədər tədbirlər, seminarlar, treninq, master klass, kurslar keçirdir. Qadınlar müxtəlif maraqları olan unikal gözəl varlıqlardılar, belə ki, WoWomanında proqram və layihələri vardır, məsələn “WoWoman Ol” proqramı eləcədə xanımlara kodlaşdırmanı öyrədən “Tech-Tech xanım” layihəsi, 7 moduldan ibarət “WoWenture” sahibkarlıq proqramı, uğur əldə etmiş qadınların müsahibələrindən ibarət #Qorxmasaydım layihəsi, qadınların yaxşı lider və təcrübəli HR menecer kimi iştiraklarını artırmaq üçün yaradılan HR-Academy və s.PicsArt_07-07-06.28.16

Leave a Reply