Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Təbiətin möcüzəvi bəxşi – BAL!

Bal minlərlə illik istehlakı boyunca saysız hesabsız faydaları aşkarlanan təbiətin bəxş etdiyi təbii qidadır. Bal normasında  istehlak edildiyində bədənin ehtiyac duyduğu miqdarda şəkəri almaq üçün yaxşı bir qaynaqdır. Gəlin, bu  möcüzəvi qidanın faydaları haqda danışaq 🙂

jar of honey with honeycomb on wooden table

1. Bitki mənşəli qidalarda olan və ən təsirli antioksidantlar arasında göstərilən “polifenoller” baxımından zəngin olan bal müxtəlif xəstəliklərin qarşısını alır.
2. Fruktoza və qlükoza məzmununun yanında antioksidantlar baxımından da zəngin olan bal enerji şokoladları, karbohidrat tozu və ya enerji içkilərinin yerinə təbii bir enerji qaynağı olaraq istehlak edilə bilər.
3. Bal istehlak edərək xərçəng, ürək xəstəlikləri kimi ciddi sağlamlıq problemləri riskini azalda bilərsiniz.
4. İltihabı önləyən və bakteriyaları təmizləyən quruluşu səbəbiylə bal dəridə meydana gələn sızanaq müalicəsi üçün təklif olunan təbii məhsullar arasında ilk sırada gəlməkdədir. Ballı üz maskaları sızanaq, civzə meydana gəlməsinin qarşısını alır. Ayrıca nəmi həbs edərək dərinin daha yumşaq olmasını təmin edər.
Bəs, hansı bal məhsulları var?

Akasiya  balı – Gec xarlanan və yüksək keyfiyyətli baldır. Akasiya balı monoflor (60%-dan çox hissəsi eyni çiçəkdən çəkilən) və ətirsiz bal olduğundan, çiçəklərə allergiyası olan insanlar üçün ideal baldır. Həmçinin fruktoza ilə zəngin olduğundan (diabetli insanlar üçün də tövsiyyə olunur)  uzun müddət kristallaşmır, maye halında qalır. Bu bal açıq rəngdə olur və yumşaq, zərif dada malikdir, iysizdir.
Faydaları:
-Sinir sisteminə sakitləşdirici təsir göstərir
– Depressiyanı müalicə edir
– Zehni yorğunluğu aradan qaldırır
– Yüksək təziqi aşağı salır
– Allergik təsiri yoxdur
akasiyaCökə balı –  ən yaxşı bal növlərindən sayılır, öz ətrinə və dadına görə yüksək qiymətləndirilir. Ümiyyətlə, cökə balının bütün növləri olduqca faydalıdır və müalicə əhəmiyyətlidir. Nəfəs yolları xəstəliklərində, angina, soyuqdəymə, farenqit, bronxit, ürək əzələlərinin möhkəmləndirilməsində, yanıqlarda istifadə edilir, qaraciyərin fəaliyyətini tənzimləyir. Bu bal təzə çəkiləndə qatı və çox ətirli olub, şəffaf, sarı və ya yaşımtıl rəngli olur, uzun müddət kristallaşmır.
Faydaları:
– Bədən yorğunluğunu aradan qaldırır
– İmmun sistemini möhkəmləndirir
– Beyin və əzələ fəaliyyətini yaxşılaşdırır
– Qaraciyərin fəaliyyətini tənzimləyir
29087-MELISSOKOMIA-–-MELISSOKOMIKA-PROIONTA-MELISSOKOMIKA-PROIONTA-AGRINIO-AITOLOAKARNANIA---ANTHOMELO---ELATO---LAGAKIS-ATHANASIOS-01

Qarışıq çiçəklərdən bal – Bu balı arılar onlarla müxtəlif dağ və çəmən bitkilərindən toplayır. Bu səbəbdən qarışıq çiçək balı müxtəlif faydalı xüsusiyyətlərə malik olur və yaşlı insanlar və uşaqlar üçün ən faydalı məhsullardan sayılır. Bu bal universal baldır – tərkibindəki vitamin və mineralların miqdarının çox olması orqanizmə gücləndirici təsir göstərir, immuniteti artırır, beyin fəaliyyətini stimullaşdırır.
Faydaları:
– Zehni yorğunluğu aradan qaldırır, beyin fəaliyyətini stimullaşdırır.
– İmmuniteti artırır, orqanizmin bərpasına kömək edir.
– Qan dövranını yaxşılaşdırır, damarların tutulmasının qarşısını alır
– Həzm sisteminin işinə kömək edir, orqanizmdən şlak və toksinləri çıxarır.

flowers and honey on a white background

 

Arı südü – arıçılıq məhsulu olmaqla, sürfələrin və yumurtlama dövründə ana arının yemlənməsınə sərf olunur. Arı südünün tərkibində A, C, D və E vitaminləri, B vitamin kompleksi, bir çox amin turşusu, fosfor, selenium, sink, manqan, maqnezium kimi bir çox əhəmiyyətli mineral, müxtəlif hormon və fermentlər var.  Ümumi profilaktika və bədənin ümumi möhkəmləndirilməsi üçün istifadə edilir – balla qarışdırılmış südün sutkalıq profilaktik dozası 20-25 qramdır. İstifadə müddətində hermetik bağlı qabda soyuducuda saxlanılmalıdır.
Faydaları:
– antivirus (qrip və stomatit viruslarına təsir edir)
– güclü biostimullaşdırıcı
– qanyaratmanı yaxşılaşdırır (qanda hemoqlobin, eritrositləri artırır)
– daxili sekresiya vəzilərinin funksiyasını bərpa edir, insulin yaranmasını stımullaşdırır
– qanda, beyin və qara ciyər toxumalarında xolesterinin miqdarini azaldır və fosfolipidlərin miqdarını artırır və s.
Fermenting-honey

Çiçək tozcuğu – Arılar çiçək tozcuğunu sürfələrin qidalandırılması və özlərinin gündəlik istifadə etməsi üçün bitkilərdən toplayır. Arı tozcuğunun tərkibinə insan orqanizmində əmələ gəlməyən əvəzolunmaz aminturşular daxildir. Çiçək tozcuğunda insan orqanizmində müxtəlif funksiya pozuntuları olanda ona müsbət təsir edən 50-ə yaxın bioloji aktiv maddələr vardır. Bundan başqa, onun tərkibində orqanizmdə biokimyəvi proseslərin normal keçməsi üçün vacib olan daha 240 maddə və 27 mikroelement vardır.
Faydaları:
– tonusu artırır, maddələr mübadiləsini tənzimləyir, ümumi möhkəmləndirici təsir göstərir
– antioksidantdır, göbələk xəstəliklərinə, mikroblara, viruslara, şişlərə qarşıdır
– əza və toxumaların inkişafını stimullaşdırır
– qaraciyər toxumasının funksiyasını bərpa edir, qanda xolesterinin tərkibini azaldır
–  ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini azaldır, həzm prosesini normallaşdırır
– müxtəlif zəhərlərin orqanizmdən çıxarılmasını sürətləndirir,  yaddaş və görmə qabıliyyətini yaxşılaşdırır
– immun sistemini stimullaşdırır, iştahanı artırır, bədənin çəkisini bərpa edir və artırır
fresh-organic-food-honey-01Əziz oxuyucu, Biz, bütün bu məhsulları əldə edəcəyiniz ünvanı da bilirik. Good Food şirkəti Sizlər üçün geniş çeşidli təbii məhsullarla yanaşı, bal məhsullarını da təklif edir (GoodFood.az). Bal yeyin, ağzınız dada gəlsin! 🙂