Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

“Taleyin qırmızı ipi” adlı Yapon əfsanəsi

İnsanlar həyatın mənasını axtararkən öz cavablarını əfsanələrdə və fəlsəfi cərəyanlarda tapırlar. Bu gün haqqında danışacağımız əfsanə həyatımızda baş verənləri romantik və real olaraq bizlərə çatdırır. Ona görə də siz bu əfsanəyə istər-istəməz inanacaqsınız.

Gözlərinizi yumun və sizin atreriya və venoz damarlarınızdan keçib bütün bədəninizin hər hüceyrəsində dolaşan qanı təsəvvür edin. Bütün qan dövranını həyata keçirən bu damarlardan yalnız birinin özəlliyi var-ürəydən çeçələ barmağa gedən. Çeçələ barmaq ürəyimizin əsl təmsilçisidir. Belə ki, bir çox mədəntumblr_mo3b8lcobY1s7o4eso1_500iyyətlərdə bu barmağı barışıq üçün, söz verməkdə və buna oxşar vəziyyətlərdə istifadə edirlər.

Yapon əfsanəsinə görə bu bağlılıq heç də  ürəkdə başlayıb kiçik barmaqda bitmir. Əslində çeçələ barmağımızdan “axan” görünməz qırmızı ip başqalarının qırmızı ipləri ilə birləşir.  Həmin qırmızı ip də onların ürəklərini təmsil edir.

Bu qrımızı iplə bir-birinə bağlanan insanlar əslində taleyləri ilə bağlanıblar. Baş verən hadisələrdən, olduqları məkandan asılı olmayaraq onlar harda olurlarsa olsunlar, taley onları mütləq görüşdürəcək. Bu ip hər nə qədər dolaşsa, dartılsa, ya da uzansa belə o heç vaxt qırılmayacaq.

Həyat və münasibətlərin bu cür konsepsiyası fəlsəfi bir bütövlükdən doğur. Bu fəlsəfi fikir bizim həyat gücümüzün öz bədənimizin hüdudlarından kənarına çıxıb  bəşəriyyətin enerjiis ilə qovuşduğunu təsdiq edir. Qırmızı ip bizə insanın tamın və bəşəriyyətin bir hissəsi olduğunumuzu başa salmaq üsuludur.

Başqalarının bizim həyatımıza girməyi təsadüfü olmadığı kimi bizim də başqalarının həyatına girməyimiz təsadüfi və boşuna deyil.

Bu ip bizi ehtiyacımız olan və bizə ehtiyyacı olan insanlara aparmaq  üçün cızılmış bir trayektoriyadır, hərçənd  ki, biz bunu bütün həyatımız boyunca dərk etmirik. Yaponlar əsrlərdir inanırlar ki, bu keşməkeşli və çətin həyatda heç nə təsadüfi deyildir.

Mənbə :

http://www.adme.ru/