Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Survivor 2018

Azərbaycanda da çox izlənən yarışma programı olan Survivor 2018 artıq bir neçə gündür ki, başlayıb. İlklərin yaşandığı Survivor yarışmasında bu il də çox maraqlı gedişlər olacaq. Belə ki, Acun Ilıcalının Yunanıstan üçün keçirdiyi Survivor yarışmasında finala qalan 10 nəfər “allstar” ın qarşısına çıxacaq. Yəni ki, final Türkiyə-Yunanıstan olaraq davam edəcək. Bəs Survivor heyətinə seçilən Hilmi Cem İntepe, Adem Kılıçcı, Hakan Hatipoğlu, Murat Ceylan, Cumali Akgül, Turabi Çamkıran, Ümit Karan, Nihat Doğan, Sema Aydemir, Nagihan Karadere ve Merve Aydın kimdi və əslən haralıdılar?
survivor 2018Murat Ceylan – 15 may 1989-cu il tarixində İstanbulda anadan olub. Musiqiyə marağı olan Murat 8 il İstanbul Dövlət Konservatuarı professor Ergican Saydamdan musiqi dərsləri alıb. Murat Ceylan İstanbul Bilgi Universitetinin Reklam bölümündə təhsilini davam etdirir. 7 ildi peşəkar fitnes ilə məşğul olur.
survivor 2018Cumali Akgül – Əslən Iğdırlı olan Cumali Survivora qatılmaq üçün məmləkətindən İstanbula qədər piyada gəlib. 32 yaşında olan Cumali 50 günlük yarışın sonunda Acun Ilıcalı ilə görüşüb və Survivor iştirakcısı olub. Iğdırın Suveren kəndindən olan Cumali dəfələrlə əvvəlki illərdə dəfələrlə müraciət etsədə yarışmaya seçilməmişdi.

survivor 2018Umit Karan – 1 oktyabr 1976-ci ildə Almaniyanın Berlin şəhərində doğulub. 1996-cı ildə Genclerbirliyinə transfer olan Umit Karan futbol kariyerinin pik nöqtəsinə 2001-ci ildə transfer olduğu Galatasaray ilə çıxır. Futbola 2010-cu ildə Eskişehirsporda vəda edən Umit Karan sonrada məşqçiliyə başlayır. 2013-cü ildə ilk dəfə Survivora qatılan iştirakcı, ikinci dəfə adada yer alır.

survivor 2018Hakan Hatipoğlu – 28 noyabr 1979-cu ildə doğulub. Əslən Çanakkaleli olan Hakan milli idmançı, aktyor və tv aparıcısı kimi fəaliyyət göstərib. Əvvəlki illərdə 2 dəfə Survivor yarışmasına qatılsada uğur qazana bilməyib.

survivor 2018Nihat Doğan – 13 fevral 1976-cı ildə Muş bölgəsində doğulub. İlk dəfə musiqi sahəsi ilə Türkiyədə tanınmağa başlayıb. 2011-ci ildə ilk dəfə Survivora qatılan Nihat finala qədər gəlir lakin finalda Derya Büyükuncuya məğlub olur.

survivor 2018Adem Kılıççı – 5 mart 1986 doğumlu olan Adem əslən Ağrı bölgəsindəndir. 2017 Survivora da qatılan Adem Sabriye Ergin ile yaxınlığı ilə yaddaşlarda qalmış, finalda Ogedaya məğlub olmuşdu. Milli boksçu olan Adem doping istifadə etdiyi ortaya çıxdığına görə müsabiqədən uzaqlaşdırılır. Fenerbahçe boks komandasında kariyerini davam etdirən Adem, 2004-cü ildə Dünya Boks Çempionatında gümüş medal qazanıb.

survivor 2018Hilmi Cem İntepe – 1992-ci doğumlu olan Hilmicem əslən Muğla Yenice bölgəsindəndir. Əvvəl 2 dəfə Survivora qatılıb. 15 yaşına qədər Bodrum Güvercinlikdə yaşayıb daha sonra İstanbula köçmüşdür. 16 yaşında özü rəqs etməyi öyrənmiş və bir necə dəfə Türkiyə Gənclər Çempionu olub. Yetenek Sizsiniz Türkiyədə tanınan Hilmicem 2013-cü ildə Survivor çempionu olur. Bundan sonra bir çox layihədə yer alan Hilmicem en son Bodrum Masalı filminde yer alır.

survivor 2018Merve Aydın – 17 mart 1990 doğumlu olan Merve İstanbul Bakırköydə doğulub. ENKA idman kulubunun atleti olan iştirakcı bir çox gümüş və qızıl mükafatların sahibidi. Əvvəl də Survivora qatılsada finalda Turabiyə mağlub olmuşdu.

survivor 2018Turabi Çamkıran – Əvvəl iki dəfə Survivora qatılan Turabi iki çempionluğa sahibdi. Əslən Mersinli olan Turabi döyüş idmanları ilə məşğul olur. 1986-cı il doğumlu olan Turabi Muay Thai idmanı ilə məşğul olur. Survivordan sonra bəzi filmlərdə də çəkilib. Bu ilki heyətin də əsas favorisidir.

Leave a Reply

%d bloggers like this: