Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Robin Şarmadan həyatınıza təsir edəcək 10 fikir

Zahiri uğur daxili uğurdan başlayır və uğur qazanmaq üçün ilk öncə düşüncələrini müsbət yöndə dəyişməlisən. Bu gün cəmiyyətimizin ən böyük qüvvəsi dəyişiklikdir. Həyatındakı yeganə sərhəd özünə qoyduğun sərhəddir. Öz hüdudlarından çıxsan, var olması ağlına belə gəlməyən, əsl imkanlarını azad edəcəksən. “Kayzen incəsənəti”ni həyata keçir. Qorxduğun şeyləri et, yağış altında rəqs et, enerji və sonsuz ilhamla yaşa, arzu etdiyin şəxsiyyətə dönüş.

Kayzen fəlsəfəsinin əsasında duran on əsas prinsip: “Parlayan həyatın on ayini”

1. “Tənhalıq” prinsipi – gündəlik qrafikimizdə mütləq olması gərəkən sakitlik dövrü. On dəqiqə və ya daha çox. Təklik və sakitlik bizi yaradıcılıq mənbəyimizlə bağlayır və Kainatın hüdudsuz şüurunu sərbəstləşdirir. Bu hər gün eyni saatda yerinə yetirilərsə, daha yaxşı nəticələrə gətirib çıxarar. Nəticə, dərin daxili ahəngdarlıq və fiziki enerjinin sonsuzluğu.

alone

2.  “Fiziki Təkmillik” prinsipi – bədəninə qayğı göstərmək, şüuruna qayğı göstərmək deməkdir. Idmanla məşğul ol, düzgün nəfəs al, yoqa ilə məşğul ol.

yoga3.  “Sağlam Qida” prinsipi – bədəninin qayğısına necə qalırsansa, şüurunun da qayğısına elə qalırsan. “Canlı qida” qəbul edin. Günəş, torpaq, hava və suyun qarşılıqlı təsirindən yaranmış qidalar, vegeterian qidaları. Təbiətin təyin etdiyi qidalar sağlam enerji dolu və faydalıdır.

qida4. “Biliyə Dalmaq” prinsipi– bütün həyatın boyu davam edən öyrənməkdən, biliklərini özünün və ətrafındakı insanların rifahı naminə genişləndirməkdən ibarətdir. Müntəzəm olaraq kitab oxuyun ən azı gün ərzində 30 dəqiqə. Təbii ki, faydalı kitablar. Rastlaşa biləcəyimiz bütün çətinliklər artıq yaşanıb və bunların həll yolları kitab səhifələrində yazılıb. Düzgün kitabları oxumaqla biliklərimizi zənginləşdirə bilərik. Əslində, kitablar bizə yeni heç nə öyrətmir, onlar bizə daxilimizdəki potensialı ortaya çıxarmaq imkanı verir.

kitab5. “Özünüinikas” prinsipi – özünü dərk etmək, daxilində yatan istedadlarını kəşf etmək. Özünüinikas – düşünmə vərdişidir və potensial istedadlarımızı və daxilimizdə olan zənginliyi ortaya çıxarmağa kömək edir. Gün ərzində nə edəcəyini, günlük planını yaz. Bu vaxtını daha səmərəli bölməyə kömək edir. Daha sonra etdiklərini, gününü necə keçirdiyini və nə barədə fikirləşdiyini təhlil etməklə sən özünütəkmilləşdirmə üçün meyarlar müəyyən edirsən və bir sonrakı günü necə daha səmərəli edə bilməyin yolu bu gün nəyi düzgün etmədiyini aydınlaşdırmaqdan keçir. Bugün nəyisə səhv etməyimizdə qorxulu heçnə yoxdur, səhvlər həyatın bir hissəsidir. “Xoşbəxtlik düzgün fikirlərlə, düzgün fikirlər təcrübə ilə, təcrübə səhv fikirlərlə gəlir.”

self development6. “Erkən Oyanma” prinsipi – Günəşlə birlikdə oyan! Bu məcazi anlam daşısa da ideya eynidir. Neçə saat yatmağın deyil, necə yatmağın əsasdır. Yuxuya getməzdən əvvəlki və oyanandan sonrakı 10 dəqiqə alt şüura dərin təsir göstərir. Bu zaman şüur ən ruhlandırıcı və sakitləşdirici fikirlərə proqramlaşdırılmalıdır. 21 gün dalbadal etdiyin şey vərdişə çevrilir, özündə müsbət vərdişlər yarat. Oyandıqdan sonra özünə sual ver: bugün mənim son günüm olsaydı nə edərdim? Bol bol gül. Gülüş xoşbəxtlik gətirir, aynada özünə bax və gülümsə. Hər zaman gülümsəmək üçün bir səbəbimiz var.

oyan7. “Musiqi” prinsipi – mənəvi təkan verən güc. Ruhumuzun qidası. Ludovico Einaudi , Yan Tiersen musiqilərini önərə bilərəm.

music

8. “Deyilmiş Söz” prinsipi – imkan olduqca, ucadan sənə uğur gətirəcəyinə inandığın, olmasını istədiyin sözləri de! Bunlar “mantra” adlanır və mənası “şüurunu azad etməkdir”. Bu sözlər səndə gerçəkləşəcək. Sən gün ərzində nə düşünürsənsə, nə deyirsənsə “onların cəmisən’. Pozitiv və güclü ol! Sənin öz gözündəki obrazın, sənin öngörməndir, yalnızca yaxşı şeylər düşün.

positive

9. “Ahəngdar Xasiyyət”  prinsipi – öz xasiyyətini sən yaradırsan. Hərəkətlərin vərdişə çevrilir, vərdişlərin isə taleyini idarə edir. Belə bir düstur ortaya çıxır: “sən fikir səpirsən, hərəkət biçirsən, hərəkəti biçirsən, vərdiş səpirsən, vərdiş səpib xasiyyət biçirsən və xasiyyət səpib taleyini biçirsən”. Səy, canıyananlıq, təvazökarlıq, dözüm, doğruluq və cəsarət əsas prinsiplərdir ki, bunları formalaşdırdığın an daxili ahəng hissi duyacaqsan.

empathy10. “Sadəlik” prinsipi – sadə həyatla yaşa, hər kiçik şeydən zövq al, sənin üçün mənası olan hər şeydən. Bu dərin mənəvi rahatlıq gətirəcək.

happy