Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Qulağınızı kar eləməyin!

İndiki zamanda hər 5 nəfərdən üçünün qulaqlığı var. Amma çox zaman bu qulaqlıqlar kiçik ölçülü (qulaqiçi qulaqlıq) olur. Və çox insanın xəbəri yoxdur ki, belə qulaqlıqlar insanların kar olmasına səbəb ola bilər. Bu qulaqlıqların zərərli olmasına səbəb odur ki, onu taxan zaman qulaq pərdəsi ilə qulaqlıq arasında məsafə olduqca az olur. Hətta demək olar ki, olmur. Hər şeyin çarəsi olduğu kimi bunun da çarəsi var. Qulaqüstü qulaqlıq adlanan böyük qulaqlıqlardan istifadə edə bilərik. Çox insan fikirləşə bilər ki, böyük qulaqlıqlar daha ziyanlıdır. Amma heç kəs belə düşünməsin. Çünki bu qulaqlıqları taxdıqda onunla qulaq pərdəsi arasında əvvəlkinə nisbətən 3-6 dəfə daha uzaq məsafə olur. Həm də kiçik ölçülü qulaqlıqlarda səs akustikası çox zəif olur. Musiqidəki bass effektlərini hiss etmək qətiyyən mümkün deyil. Böyük qulaqlıqlarda isə səs akustikası və bass effektini maksimum duymaq mümkündür. Yeri gəlmişkən onu da qeyd edim ki, Azərbaycanda təxminən 70-80% insanın “nauşnik” dediyi bu cihazın adı Azərbaycan dilində “qulaqlıq”dır. “Qulaqcıq” sözü də səhvdir.