Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Qocalmağa qarşı möcüzəvi qida

Sağlamlıq üçün faydalı olan yumurta dəri gözəlliyi üçün də yararlıdır.
İndiki dövrdə stress, yuxusuzluq və ətraf mühitin təsirindən dəri daha tez qocalır. Yaşlılıqla mübarizə aparmaq üçün yumurtanın gücündən yararlana bilərsiniz.
Mütəxəssislər yumurtanın tərkibindəki mineralların hüceyrələri yeniləyici xüsusiyyəti olduğunu bildirirlər. Həmçinin, bədəndəki  oksigenin daha yaxşı paylanmasını təmin edir.
E vitamin mənbəyi olan yumurta qoz, fındıq, ət, balıq, yaşıl yarpaqlı bitkilər və alma ilə yeyildikdə daha faydalı hala gəlir.
Yumurtanın tərkibindəki C vitamini də yaşlanmağı əngəlləyir.  Qırışların yaranmasının qarşısını alır, həmçinin yeni yaranmış incə qırışların açılmasını təmin edir.
Yumurtanın yanında əsl C vitamini anbarı olan yaşıl bibər, çiyələk, pomidor və kivi yeyərək qocalığı ən az 5 il təxirə sala bilərsiniz.
Qeyd edək ki, yaşlanma prosesi 25-30 yaşdan etibarən başlayır. Ona görə də elə bu yaşlardan başlayaraq qidalanma rejiminizə  diqqət etməli, yaşlanma prosesini gecikdirən qidaları menyunuza daxil etməlisiniz.(publika.az)