Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Qarabağ’ın ən çox qol vuran 10 futbolçusu

1. Müşfiq Hüseynov – 125 qol.

Professional futbol kariyerasına elə Qarabağ klubunda 1989-cu ildə başlayan Müşfiq Hüseynov , 1989–99, 2003–04 və 2005–07 illərdə 3 dəfə Qarabağ klubunda çıxış edib və çıxış elədiyi 320 oyunun 125-ində fərqlənib.
Müşfiq Hüseynov
2. Samir Musayev – 44 qol.
Kariyerasının ən parlaq illərini Qarabağ klubunda Samir Musayev, 2002-06-cı illər arasında Ağdam klubunun şərəfini qoruyub və çıxdığı 85 oyunda 44 qol vurub. 

Samir Musayev 

3. Georgi Adamia – 29 qol.

Hazırda ölkəsində Sioni Bolnisi komandasında çıxış edən Georgi Adamia, 2010-12 mövsümlərində Qarabağ klubunun formasını tərlədib və 72 oyunda 29 qol atıb.
Georgi Adamia 

 4. Tərlan Əhmədov – 28 qol.
Azərbaycan futbol azarkeşlərinin yaddaşında elə də xoş xatirələrlə qalmayan (Millidə öz qapısına vurduğu qollara görə) Tərlan Əhmədov 1993-97 və 2004-cü illərdə Qarabağ klubunda çıxış edib. Müdafiəçi olmasına baxmayaraq çıxdığı 102 oyunda 28 qol vurub.
Tərlan Əhmədov

 

5. Reynaldo dos Santos Silva –  28 qol.

2013-cü ildən Qarabağ forması geyinən 25 yaşındakı Braziliyalı futbolçu Reynaldo, indiyə qədər Ağdam klubu ilə çıxdığı 48 oyunda atdığı 28 qol ilə həm kariyerasının ən parlaq mövsümünü keçirir, həm də Tərlan Əhmədov’un qol sayısına çatıb.

7856865310c13ed3f4e

 

6. Vaqif Cavadov – 25 qol.

Ölkəmizi Türkiyədə təmsil edən Vaqif Cavadov,  2007-2010 və 2012-2013-cü illərdə Qarabağ forması geyindi və 110 oyunda 25 qol vurdu.

vaqif cavadov ,fdmv 

 

7. Vüqar Nadirov – 24 qol.

Daha öncə 2001-05 illərində də Qarabağ forması geyinən Vüqar, Xəzər Lənkəran, Masallı və Karvan kimi komandaların da formasını tərlədib. 2009-cu ildə yenidən Qarabağ komandasına qayıdan Vüqar Qarabağ forması ilə çıxdığı 184 oyunda 24 qol ilə fərqlənib.

Vuqar Nadirov

 

8. Nazim Əliyev – 23 qol.
1996-97 mövsümündə Qarabağ forması geyinən Nazim Əliyev çıxdığı 44 oyunda 23 qol atıb.thumb478_20130405103103239

 

9. Rauf Əliyev – 23 qol.

Hazırda Xəzər Lənkəran komandasında forma geyinən Rauf Əliyev 2006-2013-cü illər arasında Qarabağ forması geyinib və 131 oyunda 23 qol vuraraq Nazim Əliyev’in qol sayısına çatıb.rauf

10. Richard Almeida – 20 qol.

2012-ci ildə Gil Vicente’dən Qarabağ’ın heyyətinə qatılan Braziliyalı futbolçu Almeida hələ ki 66 oyuna çıxıb və 20 qol atıb.Richard+Almeida+FC+Internazionale+Milano+v+uhJSL-4N6h3l