Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Ölümündən sonra kitablarının satışı artdı

92 yaşında vəfat edən yazar Yaşar Kamalın əsərlərinin satışı ölümündən sonra 4 dəfə artıb.   Axar.az xəbər verir ki, “D&R”-in 146 mağazası və internet satışlarını əsas götürərək verdiyi məlumata görə, son bir həftədə Türkiyənin ən sevilən yazarlarından biri olan Yaşar Kamalın kitablarının satışı 417 faiz artaraq 4 qat yüksəlib.

Ən çox oxunan kitabı “İncə Məmməd”in ilk cildidir. Ondan sonra “Ağrı dağın əfsanəsi” gəlir. Üçüncü yerdə “İncə Məmməd”in ikinci hissəsi, dördüncü yerdə isə 79 səhifəlik kitab olan “Quşlar da getdi” gəlir. Yaşar Kamal “Quşlar da getdi” kitabında quş satan, sata bilmədikləri quşları yeyən uşaqlar vasitəsilə İstanbuldakı dəyişikliklər və çürümədən bəhs edir.

Yazarın çox satılan kitabları arasında beşinci yerdə dörd cildlik “İncə Məmməd”in üçüncü hissəsi yer alıb.

 

Xatırladaq ki, “Nobel” ödülünə namizəd ilk türk yazar kimi tarixə düşən Yaşar Kamal yaradıcılığı boyunca  49 kitab yazıb.

Mənbə : senet.az