Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Ölkəmizin 10 turistik bölgəsi

  1. Qəbələ1407477715Azərbaycanın zəngin və qədim tarixi olan gözəl guşələrindən biridir. Bir zamanlar bu şəhər 600 il ərzində Qafqaz Albaniyasının paytaxtı olmuşdur.   Antik şəhərin qalıqları və Qafqaz
    Albaniyasının əsas qapıları bu günümüzə qədər saxlanılıb. Rayonda müxtəlif dövrlərə aid çoxlu tarixi və mədəni abidə var. 16 hektar ərazidə yerləşən və Azərbaycanın açıq səma altında  ən iri attraksion parkı Gabaland də  Qəbələdə yerləşir. Şəhərdə həmçinin hər il təşkil olunan  və dünyanın müxtəlif ölkələrinin  orkestr və ifaçıları iştirak edən klassik musiqi, caz və muğamın Beynəlxalq musiqi festivalı keçirilir. Təsadüfi deyil ki, məşhur Beltman holland nişanı  altında pianino istehsalı üzrə fabrik  məhz Qəbələdə fəaliyyət göstərir. Rus meşəsi, çay vadiləri, məşhur Şabalıd meşəsi adlı yerli gözəlliklər, çoxlu sayda mənzərəli Vəndam, Qəmərvən, Yengicə kəndləri, hətta yaxın zamanlardan etibarən turistlərin öz arzusu ilə Qafqaz otelinin təqdim etdiyi kvadrosikllərdə qalxa biləcəyi yüksək dağ kəndi Laza.

     

  2. GöygölavatarÖlkənin ən mənzərəli regionlarından olan Göygöl rayonu Azərbaycanın qərbində yerləşir. Rayon ərazisində məşhur Göygölün sahilində Göygöl dövlət qoruğu yerləşir. Bu rayonda iqlim əsasən soyuqdur və burada qış, bir qayda olaraq, quru olur. İllik orta temperatur 4-10 dərəcə arasında dəyişir. Göygöl rayonunun əsas görməli yeri 1925-ci ildə yaradılmış, yeri gəlmişkən, Azərbaycanda ilk eyniadlı qoruqdur. Onun ümumi sahəsi 7 131 hektar təşkil edir. Qoruğun yaradılmasında əsas məqsəd bu yerləri qorumaq, bəzi rayonlarda isə dağ-meşə, dağ-çəmən və dağ-göl təbiət kompleksinin bərpa edilməsi olmuşdur.
    Göygöl qoruğunun bütün ərazisi gözəl, amma həqiqətdə, kiçik və gur çayların axdığı çox dərin dərələrlə bölünmüşdür. Qoruqda həddən artıq gözəl göllərdən həzz almaq olar, onların sayı burada ona yaxındır (Maralgöl, Qaragöl, Zəligöl, Ağgöl, Şamilgöl və sair) və onlardan ən məşhuru 1139-cu ildə zəlzələ nəticəsində yaranmış Göygöldür.
  3. Xınalıqkhinaliq-2Kənd dəniz səviyyəsindən 2300 m yüksəklikdə konusşəkilli dağ zirvəsində yerləşir.  Deyilənə görə bu ərazi Nuhla bağlıdır. Rəvayətə görə  bu hündür və düzən ərazini görən Nuh burada lövbər atmış və hər kəsə gəmini tərk etməyi göstərişi vermişdir. Xınalığın sakinləri alban tayfalarından biridir və tamamilə fərqli dildə danışırlar. Xınalıq kəndi yalnız qədim ənənələri ilə deyil, həm də burada qar adamını görmələri ilə məşhurdur.  Bu kəndə gəlsəz  onu öz gözlərilə görən ovçu  Babaəli Babaəliyevlə şəxsən söhbət edə bilərsiz.
  4. ZaqatalaGQ0A6445Zaqatala rayonu Azərbaycanın şimal-qərbində, Böyük Qafqazın cənub yamacında yerləşir. Zaqatala qərbdən və şərqdən Balakən və Qax rayonları ilə, cənubdan Gürcüstanla, şimaldan isə Rusiya Federasiyasının Dağıstan Respublikası ilə həmsərhəddir. İnzibati mərkəzi Zaqatala şəhəri dəniz səviyyəsindən 535 m yüksəklikdə, Bakıdan 445 km məsafədədir. Bakıdan rayona reys avtobusları ilə, qatarla, habelə təyyarə ilə getmək olar (Zaqatalada “Pərzivan” hava limanı fəaliyyət göstərir).

    Rayon ərazisinin yarıdan çox hissəsi dağlarla və meşələrlə örtülmüşdür. Ərazinin bir hissəsini ekoloji turizm üçün əlverişli şəraiti olan Zaqatala qoruğu əhatə edir.

  5. Lahıc2010_0905lehic0038Yüksək dağlıq ərazidə yerləşən Azərbaycanın İsmayıllı rayonunun Lahıc kəndi qədim şəhərsalma və memarlıq sənətinin orijinal abidəsidir. Möhtəşəm küçə və meydanları ilə bu orta əsrlər şəhəri Qafqazda və ondan kənarda ən məşhur sənətkarlıq-ticarət mərkəzlərindən biridir. Hesab olunur ki, əsrlər boyu rus çarlarının geydikləri əfsanəvi Manomax papağını məhz burada hazırlayıblar. Lahıc oyma ornamentlə bəzədilən soyuq silah və mis qabların hazırlanması ilə xüsusilə məşhurdur. Bu günə qədər onlarla emalatxanada dədə-baba sənətini davam etdirən ustalar heyran olmuş turistlərin gözü qarşısında   məişətdə istifadə edilən müxtəlif əşyalarları hazırlayırlar. Bu gün Lahıc  dövlət tərəfindən qorunan tarixi-memarlıq abidəsidir və məskənin zahiri görünüşü əvvləki vəziyyətdə saxlanılmışdır.
  6. Şamaxı12966736_1760176947537033_1031652414_nŞamaxı Azərbaycanın qədim şəhərlərindəndir. Bizim eradan əvvəl V əsrdə yaranmışdır. IX-XVI əsrlərdə – Şirvan şahlığının paytaxtı, Şirvanşahlarının rezidensiyası – Şərqin ən gözəl şəhərlərindən biri olmuşdur. XVIII əsrin ortalarından etibarən Şamaxı xanlığının mərkəzi olmuşdur (Puşkinin Şamaxı şahzadəsini xatırlayın). Turistlərin daha çox ziyarət etdikləri yer rayon mərkəzindən 22 km məsafədə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qəsəbəsidir. Burada qışda xizək idmanı üçün və yayda at belində gəzinti üçün bütün şəraitlər vardır. “Qırxbulaq” adlı tanınmış yerdə çoxlu sayda bulaq mövcuddur. Rayonun gözəl təbiətinin mühafizəsi məqsədilə burada ərazisi 1521 ha təşkil edən Pirqulu qoruğu yaradılmışdır. Azərbaycanda və Qafqazda ən böyük astrofizik rəsədxanası da Pirqulu qəsəbəsində yerləşir. Nəsrəddin Tusi adına rəsədxana müasir avadanlıqla və güzgüsünün diametri 2 metr olan və MDB-də ən iri teleskopla təchiz edilmişdir.
  7. İsmayıllıtezekendİsmayıllı tarixi Şirvanın bir hissəsidir. Rayon respublikanın şimalında, Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşir. Şimali Azərbaycanın bütün əraziləri kimi, rayonun ərazisi hələ bizim eradan əvvəl IV yüzillikdə Qafqaz Albaniyasının tərkibinə daxil idi.  Haram qalası, Qırxotaq qəsri, Cümə məscidi və Sulutda olan müdafiə təyinatlı Xirəki divarı böyük maraq oyadır. Lakin rayonun ən məşhur və əhəmiyyətli tarixi abidəsi Xanəgah kəndinin yaxınlığında, Dik dağın zirvəsində yerləşən müdafiə məqsədli tikili olan Qız qalasıdır (VII-XII əsrlər). İsmayıllı rayonu xalq sənətinin ənənələri ilə zəngindir. Burada azərbaycanlılarla yanaşı digər xalqların və etnik qrupların nümayəndələri də yaşayır. Məsələn, Azərbaycanda tanınmış İvanovka kəndində buraya Rusiyadan sürgün edilmiş molokan nəsilləri yaşayır. Girdmançayın sahilində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən Lahıc kəndində özlərini lahıclar adlandıran tatlar yaşayır. Hələ VII əsrdə dağlarda yerləşən bu kiçik şəhər misdən hazırlanmış silahı və qab-qacağı ilə bu günədək məşhurdur.
  8. QubaQuba-QecreshYerinə görə paytaxta ən yaxın Azərbaycan rayonlarından biridir.  Uyğun mövqeyi (Bakıdan 168 km aralıda yerləşir) və zəngin infrastrukturu sayəsində Quba rayonu turistlərin ən çox sevdiyi istirahət yerlərindən biri sayılır. Sıx meşəli Qəçrəş,  coşqun axan   Vəlvələ çayının keçdiyi Təngaltı dərəsi, «Azərbaycanın təbii abidələri» siyahısına daxil edilmiş məşhur Afurca şəlaləsi qonaqların  sevimli istirahət yerləridir. Rayonun  yüksək dağlıq ərazisində dəniz səviyyəsindən 2500  m yüksəklikdə  nadir  Xınalıq kəndi yerləşir. Kəndin əhalisini özünə məxsus dili olan ayrıca etnoqrafik qrup təşkil edir. Qubada həmçinin dağ yəhudilərinin dünyada ən iri  icmalarından birinin yaşadığı məşhur Krasnaya Slaboda kəndi yerləşir. Quba qədimdən bəri onun simvoluna çevrilən  almaları ilə tanınır. Bundan başqa Quba  tanınmış xalçaçılıq mərkəzidir.
  9. ŞahdağHandlerƏsrlər boyu Azərbaycanın şimal-şərq hissəsi Avropa və Yaxın Şərq arasında qapı funksiyasını yerinə yetirib. Burada, möhtəşəm Qafqaz Dağlarının kölgəsində görülməmiş gözəlliklər gizlənir. Qədim buzlaqlar, dərin dərələr, heyrətamiz dağ gölləri və kanyonlar, bitki və heyvan aləminin ekoloji  xəzinəsi. Bu, bütün cah-calalı iləŞahdağdır. İl boyu idman və istirahətə çox əlverişli iqlimi olan Şahdağın -20°C soyuq qışı +20°C isti yay axşamları ilə əvəzlənir. Bura, regionun ən böyük xizək kurortunun yerləşdiyi, dünyanın ən böyük milli parklarından biri üçün müqayisə olunmaz bir məkandır.  Heyrətamiz gözəl, zamandan gizlədilmiş cənnət olan Şahdağ, insanlara tezliklə unudulmayacaq bir təəssürat baxışlayır.
  10. Şəki837057Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəkini haqlı olaraq respublikanın memarlıq qoruğu adlandırırlar. Milli memarlığın saray  memarlıq ənənələri ilə həmahəngliyinin nadir nümunəsi olan Şəki xan Sarayı (1762-ci il) dünyanın hər yerindən gələn turistlərdə xüsusi marağ doğurur. Məlumdur ki, sarayın tikintisi zamanı bir dənə  də olsun mismardan istifadə edilməmişdir, şəbəkə adlandırılan rəngli şüşələr (milli mozaika) isə Venesiyadan gətirilmişdi. Şəki rayonunda çoxlu  maraqlı tarixi abidələr var.  Şəhərin şimalında bir zamanlar alınmaz qala olan «Gələrsən görərsən» qalasının (XV-XVIII əsrlər) qalıqları durur. Şəki ağızda əriyən paxlavası, pitisi (gil qabda öz suyunda bişmiş ət və tərəvəzlər), həmçinin sakinlərinin yumor hissi ilə məşhurdur. Son qeyd olunan xüsusiyyətinə görə şəhər Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşıb. Şəki Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşdır. Bu şəhərlərin sakinlərinin, xüsusi yumor hissi və lətifə danışmaq cəhətdən çox oxşarlıqları vardır. Burada qədim karvansarada yay və qış səhnələri olan öz gülüş teatrı var. Şəkidə bir neçə sənətkarlıq növü indi də dəstəklənir. İndiyədək şəhərdə qədim peşələrin mənasını verən küçələr qalmışdır – Dulusçular, Zərgərlər, Halvaçılar və sair. Yeri gəlmişkən, şəhərin mərkəzində çoxsaylı ailə dükanlarında hazırlanan və satılan məşhur, ağızda əriyən Şəki halvasının dadına mütləq baxın. Şəkidə yalnız müasir otellərdə yox, həm də hələ XVIII əsrdə Böyük İpək Yolu üzərində gecələmə yeri kimi inşa edilmiş “Şəki-Karvansara” otelində qalmaq olar.

  Sonda bu qədər gözəl mənzərələrdən sonra kim getmək istəməz ki? Onda isə sizin üçün bir təklifimiz var, dostlar. Bölgələrimizin səfalı yerlərini məhz “7 Days Travel” ilə birlikdə gəzin 🙂

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz 😉

7days Travel