Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Ödənişsiz tramvay ilə şəhər gəzintisi

Avstraliyanın Melbrun şəhərinə səyahət edəcək olsanız,  şəhəri əhatəli bir şəkildə görmək üçün ən orijinal və uyğun yol, pulsuz ‘City Circle’ tramvayında dolaşmaqdır. Xüsusi şabalıdı və yaşıl, sarı və qızıl bəzəklərlə bəzədilmiş,turistlər üçün nəzərdə tutulan bu tramvay 1994-ci ildən  bəri pulsuz xidmət göstərməkdədir.

City Circle Tramvay’dan istifadə etmək üçün, “City Circle”  marşrutundakı hər hansı bir tramvay dayanacağında gözləmək lazımdır.Bu tramvay dayanacaqları, xüsusi olaraq bir “City Circle” işarəsi ilə qeyd olunur. Bütün şəhəri görmək təxminən 45 dəqiqə çəkir. Əgər gəzərək daha çox yer kəşf etmək istəsəniz tramvay dayanacaqlarının hər hansı birində enərək, yaxınınızdakı müəyyən turistik yerlərə baş çəkib,  yenidən bir sonrakı tura yetişə bilərsiniz.

Tramvayda şəhərin xəritəsini əhatə edən məlumat broşurları mövcuddur ki, oturmazdan əvvəl özünüz üçün birini götürərək tanış ola bilər və ya  şəhər məkanlarına dair audio şərh dinləyə bilərsiniz. Audio şərh, şəhər nişanlarını və Şəhər Muzeyi, Parlament Binası, Docklands, Federasiya Meydanı, Melburn Akvariumu və Şahzadə Teatrı kimi əhəmiyyətli turistik yerlərin məlumatlarını təqdim edir. City Circle Tramvay, mərkəzi Melburn və Docklands mənzərələrini görmək üçün pulsuz və rahat bir yoldur ki, həm də digər tramvay, qatar və avtobus yollarıyla da əlaqə qurur.

Leave a Reply

%d bloggers like this: