Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Novruz gəlir,yaz gəlir

Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il dərbədər olacaqsan.” Bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.
Axır çərşənbədə tonqal yandırarlar.
Axır çərşənbədə qorxanların başından su töküb qorxuluğu alarlar.
Axır çərşənbə sağmal malın buynuzuna qırmızı bağlarlar.
Axır çərşənbədə toy üçün ayrılmış qoyunların boynuna qırmızı bağlarlar.
Axır çərşənbədə evdən pul verməzlər.
Axır çərşənbədə qonşuya ələk verməzlər.
Axır çərşənbə günü borc un verməzlər.
Axır çərşənbə günü evdən od, kibrit, neft verməzlər.
Axır çərşənbə gecəsi evdə qazan asarlar.
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar.
Axır çərşənbə gecəsi vəfat etmiş adamların adını çəkib filankəslərin adına qazan açdım deyib qazana bişmək üçün ət, yaxud düyü və s… tökərlər.
Axır çərşənbə günü ertədən lampa yandırarlar.novruz-bayrami

Axır çərşənbə günü axşamçağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. (Bu səbəbdəndir ki, həmin günün axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur). Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman dilir. əksinə, “söndü”, “viran qalsın” və s. kimi sözlər eşidiləndə pis tərəfə yozulur.

Axır çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir

Ilin axır çərşənbə günü niyyət tutub bağa getmək lazımdır. Bağdan bir çəngə ot qırırsan. Niyyət düzdürsə, səhərəsi gəlib görürsən ki, qırdığın otlar uzanıb əvvəlki kimi olub.

Ilin axır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyirsən. Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.

Bayram günü ürəyində bir arzu tutub, bütün gecəni yatmırsan. Bir ildən sonra həmin gecə tutduğun arzuya çatırsan.

Bu Novruzda”Özünüz özünüzə Arzuladiğiniz Arzuları Arzulayıram”