Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Münasibətlərin uğurlu olması üçün 10 vasitə

Sevgi oyununda uğurlu olub idarəetməni əlinizdə tutmaq artıq əvvəlki kimi çətin iş deyil. Münasibətinizi sağlam təməllər üzərinə qurmaq və həyəcanı uzun zaman davam etdirmək istəyirsinizsə, aşağıda qeyd etdiyimiz bu qaydaları tez bir zamanda həyatınıza tətbiq edin.

Ən yaxşı bir münasibətə belə istiqamət verməyə çalışmaq hara getdiyinizi bilmədən avtomobil idarə etməyə bənzəyir. Narahatlıq, xəyal qırıqlığı və bəzən də qorxu hissi yaşaya bilərsiniz. Birlikdə çıxılan yolun həyəcanını itirməmək üçün  münasibətlərdə bəzi vacib gerçəkliklərin fərqində olmaq lazımdır.

  1. Dəyişməkdən qorxmayın.

Həyatdakı ən vacib qaydalardan biri də budur : “İnsanlar dəyişir”.  Sevdiyiniz şəxs sırf o olduğu üçün ya da sizin istədiyiniz insan olacağı üçün deyil, dəyişmək mövzusunda qərarlı olacağı üçün birlikdə yaşamaq istədiyiniz insan olmalıdır. “Mən beləyəm, dəyişməyəcəm!” deyən biri ilə birlikdə olmadan əvvəl bir daha düşünmək lazımdır.

  1. Yalnızlıq dünyanın sonu deyil.

Yaşamaq demək, yalnız olmaq demək. İnsan olmağın şərti budur. Evlilik ya da kiminləsə birlikdə olmaq insanın təbiətini dəyişdirməz, bizi tamamilə yalnızlıqdan xilas etməz. Əgər gözləntiniz bu istiqamətdədirsə, sevdiyiniz şəxsi tez-tez sizi tək buraxmaqla günahlandırarsınız. Əslində, evlilik də iki insanın təcrübələrini eyni yerdə paylaşması deməkdir. Qarşı tərəflə vaxt keçirmək təbii ki, önəmlidir, ancaq ekspertlər bəzən yalnız qalmağın da vacibliyini vurğulayır.

“All the Good Ones Aren’t Taken”kitabının müəllifi Debbie Magids, “Biri ilə daima birlikdə vaxt keçirdiyinizdə o insanı düşünmək üçün əslində o qədər də çox vaxt sərf etmirsiniz. Aranızda məsafə olduğu zaman isə onu düşünür və görmək üçün can atırsınız”

  1. Qarşınızdakını utandırmayın.

Sevgilinizdən, həyat yoldaşınızdan bəzi mövzularda şikayətçi olmağınız normaldır, ancaq onu tənqid etmək daha geniş mövzudur. Onun xarakterini tənqid etmək, davranışına  deyil, şəxsiyyətinə təsirr etmək mənasına gəlir. Onun adına ləqəb demək, onu kiçiltmək, onu yamsılamaq və düşməncə davranışlar. Bunun kimi hərəkətlər münasibətlərdə uzunmüddətli nifrət hissi yaradır. Ailə terapevti John Gotman “Qarşı tərəfin sizdən nifrət etdiyini hiss edirsəniz, məsələnizi həll etmək demək olar ki, mümkünsüzdür” deyir.

  1. EGOnuza qalib gəlin.

Hər birimizdə ego var, gəlin etiraf edək. Dürüst olaq. Məktəb vaxtı bağçadakı uşaqlar bizimlə zarafat edərdi. Bəlkə də daha balaca ikən ailəmizdən kimsə də bunu etdi. O vaxtlar ego çox yaxşı idi. Onun sayəsində özümüzü qoruduq.  Amma artıq böyüdük. Ego isə bizi bölən bir divar oldu. Ancaq indi o  divarı sökməyin vaxtı gəldi. Davamlı kimisə günahlandırmaq əvəzinə üzr istəyin. İntiqam duyğusunun yerinə baöışlamaq hissinizi qoyun.

  1. Uşaqlar daha vacibdir?

Övladlarınız heç vaxt evliliyinizdən daha önəmli və ya az önəmli olmamalıdır. Əgər çox vacib olarlarsa, cütlüklərin arasında qırılma yaşanıla bilər. Daha az vacib olarsa, uşaqlar bunun fərqinə varacaq və bundan narahat olacaq. Ailə olmaq, həyat yoldaşınız və övladlarınız arasında balansı qorumağı bacarmaqdır.

  1. Ən vacib sual: “Günün necə keçdi?”

Həm çox faydalı, həm də kiçik bir tapşırıq. Axşam bir araya gəldikdə bir-birinizə gününüzün necə keçdiyini söyləyin. Günün stressini atmaq və münasibətlərinizə canlılıq gətirmək üçün bu əla fürsətdir. Söhbət etmək üçün bir-birinizə daimi olaraq vaxt ayırın. Bunun üçün hər həftə mükəmməl bir süfrə hazırlamağınız da lazım deyil, axşam yeməkdə olarkən özünüzə 15 dəqqiə ayırmağınız da bəs edər. Sıradan bəhanələrlə bu işdən dönməyin və diqqət edin ki, münasibətiniz televizor izləyərək monoton hala gəlsin.

  1. Mübahisə edərkən, “SƏN” deyil, “MƏN” kəliməsini daha çox istifadə edin.

Sadəcə bunu etmək belə hisslərinizi daha rahat şəkildə ifadə etməyinizə yardımçı olacaq. “Onsuz da bir gün belə olsa məni dinləmədin. Həmişə qışqırırsan. Məni incitməkdən zövq alırsan?” kimi cümlələr qəlb qıran sözlərdən başqa bir şey deyildir.  Ancaq bunun əksi olaraq, “Məni incitdin, xəyal qırıqlığı yaşadım” kimi bir ifadə, duyğusal bir mesaj verəcəyi üçün  münasibətinizə müsbət təsir göstərəcək. “Heç dəyişmirsən. Bir gün də sənin müsbət xüsusiyyətini görə biləcəm?” kimi ifadələr sevgilinizi damğalayan cümlələrdir. Məsələyə məntiqi aspektdən yanaşsaq, madam ki o söylədiyiniz kimi illərdir dəyişmir, eynidir, bəs sizing vəziyyətiniz necədir? Yəni siz nə qədər dəyişdiniz? İşə özünüzü dəyişdirməklə başlasanız, sevginizin də zərər görməsinin qarşısını almış olacaqsınız.

  1. Onu həqiqətən də tanıyırsınızmı?

Əlbəttə cütlüklər bir-birinin dünyasını digərlərindən daha çox tanıyırlar.  Bir-birinin keçmişlərindəki ən vacib anları bilir, bugün nələr hiss etdiyini, ailəsində nələr olduğunu yaxından izlərlər. Qarşı tərəfin həyatına daha yaxından bələd olmağa çalışın. O bir şey danışarkən, diqqətinizi tamamilə mövzuya yönəldin. Söhbətlərə diqqət etməmək münasibətinizə və dolayısıyla sevdiyinizə qarşı da laqeyd olmağınızı göstərər.

  1. Xüsusi hədəflər yaradın.

Xəyallarınızı və hədəflərinizi təkrar gözdən keçirin. “Münasibətimiz üçün daha yaxşı ola bilər” fikriylə nə vaxtsa hədəflərinizdən imtina etdinizmi? İndi istəklərinizi reallaşdırmaq üçün hələ də fürsətiniz var mı? Əgər cavabınız “bəli”dirsə, o zaman özünüzə xüsusi vaxt ayırın. Sizin tək başına etmək istədiyiniz çox şey olmalıdır. Bəlkə də rəqs kursuna getmək, dostlarla görüşmək, hətta bəlkə də tətilə getmək. Bir-birinizdən bir şeylər öyrənmək və danışa biləcəyiniz yeni mövzular tapmaq münasibətinizi monotonluqdan xilas edəcəkdir. Ancaq bunları edərkən yoldaşınıza da eyni şeyləri etməyə icazə verməyi də unutmayın. Onun da tək zövq ala biləcəyi bir çox məşğuliyyəti ola bilər. Burada vacib olan balansı qoruya bilməkdir. Nə çox birlikdə, nə də çox ayrı!

  1. Sevginin gizli dili ilə danışın.

Yoldaşınızın və sizin sevginin hansı gizli dilindən istifadə etdiyini aşkara çıxardın. Bu danışıq dilindən tez-tez istifadə etməyə çalışın. Maraqlı söhbət anında qarşılıqlı olaraq bu cümlələri də tamamlamaya çalışın : “X dediyində məni sevdiyini hiss edirəm”, “X etmədiyində narahat oluram”. Əgər qarşı tərəfin ehtiyaclarını və istəklərini bilirsəniz, onun hisslərinə daha rahat qarşılıq verə bilərsiniz. Təbii eyni şəkildə sevgiliniz də… Beləcə arzu olunduğunuzu və sevildiyinizi hiss edəcəksiniz.

Leave a Reply