Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Dünyanın ən çətin 8 dili

Dialektləri nəzərə almasaq, bu gün dünyada insanlar demək olar ki, 3000-ə yaxın dildə danışır. Linqvistlər araşdırma aparıb öyrənilməsi ən çətin olan 8 dili açıqlayıblar.

Çippeva dili-Şimali Amerika hindu qəbiləsinin dilidir. Bu dildə 6 mindən çox fel forması mövcuddur. Bu, digər dillərlə müqayisədə daha böyük rəqəmdir.

Çin dili-çin dilinin öyrənilməsində əsas çətinlik heroqliflərdir. çin dilində heroqliflərin sayı 50.000-ə yaxındır. Bununla yanaşı, bir heroqlif müxtəlif mənalar da daşıya bilər.

Tabasara dili-Tabasara dilindən Dağıstan ərazisində istifadə edilir. Bu dildə ismin 48 halı mövcuddur.

Sanskrit dili-Allahların dili adlandırılan sanskrit dilinin ümumi qrammatikasını öyrənməyə 12 ilinizi sərf etməli olacaqsız.

Abaz dili-Abaz dilində Qaraçay-çərkəz Respublikasında danışırlar. Bu dil haqqında adətən belə deyirlər: “bu dili əgər uşaqlıqdan bilmirsənsə, böyük yaşlarında onu öyrənmək demək olar ki, qeyri-mümkündür”. Bunun səbəbi isə dilin çətin fonetikasıdır.

Bask dili-Bask dilinin çətinliyi onun qrammatik xüsusiyyətləri ilə bağlıdır. Hətta İkinci Dünya müharibəsi zamanı bu dildən şifrə kimi də istifadə edirdilər.

Rus dili-Əcnəbilərdə demək olar ki, bu dillə bağlı hər şey çətinlik yaradır: hallandırma, fel, sinonimlər, sözdüzəltmə üsulları. Ruslar üçün adi gələn dialoqlar belə əcnəbilərə anlaşılmaz gəlir. Məsələn: “Gəzməyə gəlirsən?” – “Yox, bəlkə də…”

İngilis dili-Bu dildə hərflər tələffüz edilən səslərlə uyğun gəlmir: söz yazıldığı kimi oxunmaya bilər.