Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Manads finalda 500.000 dollar uğrunda yarışacaq!

Şirkət Azərbaycanı “Seedstar World” yarışmasında təmsil edəcək

Manads 4 Fevral 2015-ci il tarixində İsveçrənin Cenevrə şəhərində keçiriləcək olan “Seedstar World” müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Texnobaz.com-un verdiyi xəbərə görə, tədbirdə Manadsın hazırki direktoru Orxan Rzayev mentor və investorlar qarşısında çıxış edəcək.

Silikon Vadisi xaricində olan startuplara yönələn Seedstar World yarışmasında keçən il Bakıdan qalib seçilən Manads, 36 ölkədən finala çıxmış layihə ilə birlikdə 500 min dollarlıq hədiyyə uğrunda yarışacaq.

Seedstar World yarışmasının builki finalçıları geniş bir regionda – 36 ölkədə keçirilən, “Seedstar Global” turuna qatılan 500 startup arasından seçilib. Finalçılar 3 günlük bir təlimə qatılaraq Bbooster, The Founder`s Institute, Chinaccelerator ve Galixo kimi sürətləndiricilərdən mentorluq dəstəyi alacaq.

Layihənin təsisçisi Vaqif Abbasovun Texnobaz.com-a dediyinə görə, Manads bu yarışmada tam yeni Manads SDK-nı (Software Development Kit) təqdim edəcək. Bu texnologiyanın vasitəsi ilə mobil tətbiq sahibləri istifadəçilərinə tətbiqə daxil olmadan məlumatlarını təqdim etmək imkanına sahib olacaq. Hazırda bunu yalnız “Push Notification Service”-lə etmək olurdusa, Manads SDK daha zəngin funkisiyalarla bu sistemlərə alternativ olacaq. Bu texnologiya eyni zamanda şirkətlərin əlavə xərclərinin qarşısını da qismən alacaq. Belə ki, şirkətlər müştərilərinə bezdirici və ölçüləbilinməyən SMS göndərişlərini bu texnologiya ilə əvəz edə biləcəklər.

Mənbə : Texnobaz.com