Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Kahraman Tazeoğlunun imza günü

Hədəf Nəşrlərinin dəvəti, Kitabevim.az mağazalar şəbəkəsinin təşkilatçılığı ilə Türkiyənin məşhur yazarı Kahraman Tazeoğlu Bakıda səfərdə olacaq.

Bu gün saat 16:00-da “Kitabevim.az” mağazalar şəbəkəsində şairin “XAN” nəşriyyatı tərəfindən Azərbaycan dilinə çevrilmiş “Bukre” romanı və “Səni içimdən tərk edirəm” şeir kitablarının imza günü keçiriləcək. Qeyd edək ki, kitabları dilimizə  Elxan Yurdoğlu və Nərgiz İsmayılova uyğunlaşdırıblar.

12 apreldə şəhər gəzintisi ilə başlayan müəllif 16:00-da Kitabevim.az mağazalar şəbəkəsində “Şeir gecəsi”nə qatılacaqdır. Tədbirdə oxucular Kahraman Tazeoğlunun şeirlərini şairin öz dilindən eşidə biləcəklər.

Qeyd edək ki, Şeir gecəsinə giriş biletlədir. Bilet alan hər kəsə Kahraman Tazeoğlunun “Bukre” kitabı hədiyyə olunacaq.

20:30-da şam yeməyi ətrafında gənc yazarlarla görüşü təşkil ediləcəkdir.

Kahraman Tazeoğlu 1969-cu ilin 10 avqustunda Türkiyənin İstanbul şəhərində anadan olub. İş fəaliyyətinə radio aparıcısı kimi başlayan Kahraman Tazeoğlu 2001-ci ildən bədii-yaradıcılığa başlayıb. Bu günə kimi “Seni içimden terk ediyorum” , “Ölü bir kentin morq alfabesi” , “Mavi ada mektupları” , “Tutsak mektuplar” , “Araz” , “Susacak ev” , “Mavi ev” , “Beni susarken bölme” , “Başka” , “Eyvallah” , “Kayıp Yüzyılın prensesi” , “Bambaşka” kimi kitabların müəllifidir.

Mənbə: senet.az11127855_1592999574297185_7165999992318025834_n