Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Java Web Development öyrənmək istəyən xanımlar üçün gözəl fürsət!

WOWOMAN qadınların peşəkar və şəxsi inkişafı üçün yaradılan platformadır. Platforma İT elmini xanımlar arasında təbliğ etmək və bu sahədə xanım mütəxəssislərin sayını artırmaq məqsədi ilə “Tech-Tech Xanım” layihəsini yaratmışdır.

Layihənin birinci mərhələsində 4 peşəkar təlimçi tərəfindən İT Əsasları üzrə Software Development, Server Administration, Database Administration və Network Fundamentals kursları təşkil olunmuşdur.”Tech-Tech Xanım” layihəsinin ikinci mərhələsi isə Java Web Development kursu başlamışdır.

Xanımlar üçün proqramlaşdırmanı öyrənmək hələ bu qədər asan və əlçatan olmamışdı!

Əgər siz də dünyada sürətlə inkişaf edən sahənin bir hissəsi olmaq, 21-ci əsrdə ən çox işçi tələb olunan sektorda karyera qurmaq, digər qızlarla birlikdə İT bilik və bacarıqlarınızı artırmaq, stereotipləri qırmaq, özünəinamı artırmaq və arzularınıza çatmaq istəyirsinizsə, kursa qoşulabilərsiniz. Dərslər həftədə 2 dəfə olmaqla, 3 ay davam edəcək və Ramin Orucov tərəfəindən tədris ediləcəkdir.

İştirak etmək istəyənlər üçün əsas tələblər:

1.Hər hansı bir proqramlaşdırma dili üzrə bilik və təcrübə (C, C++, Pascal, Delphi, C#, Java, Python və s. fərq etməz).
2.Basic SQL bilikləri
3.Web, HTML, CSS, JavaScript barədə əsas anlayışlar

Kursun sonunda əldə etdiyiniz biliklər və Tech-Tech Xanım komandası İT sahəsində karyera qurmaq üçün sizin bələdçiniz olacaq.

NƏ ƏLDƏ EDƏCƏKSİNİZ?

• Müasir proqraşdırmada xüsusi yer tutan Java proqramlaşdırma dili üzrə bilik və bacarıqlar
• Müstəqil İT layihə yaratmaqla qazanacağınız unudulmaz təcrübə
• Peşəkar təlimçi tərəfindən keçirilən kursda iştirak və ondan yenibiliklər öyrənmək imkanı
• Tək nəzəri deyil, həm də praktiki biliklərə yiyələnmək şansı.

DİQQƏT: YERLƏR MƏHDUDDUR.
SON MÜRACİƏT TARİXİ: 12 Fevral, 2016

IŞTİRAK ETMƏK ÜÇÜN LİNKDƏKİ FORMANI DOLDURMAQ LAZIMDIR
http://goo.gl/forms/E7032uBYkn

Seçim mərhələsindən uğurla keçən xanımlar tələb olunan biliklərin yoxlanılması üçün test mərhələsinə dəvət olunacaqlar. Tələbələr üçün 20 %, maddi imkanından asılı olaraq seçilmiş 5 iştirakşıya 50 %, birinci mərhələdə İT Fundamentals, Software Development kursundan seçilmiş 5 iştirakçı isə 100 % güzəşt əldə edəcəklər.
Bütün zamanlarda sizin edə biləcəyiniz ən yaxşı töhfə məhz özünüzə, sizin inkişaf və təhsilinizə olan töhfədir. Bunu unutmayın, əziz xanımlar.

 

1Tech-Tech WoWoman New Sharee COACH tech tech2 tech3