Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

İnternet’in tarixə keçən ilk’ləri

“Twitter”, “Facebook”, elektron poçt və internetsiz keçən dövrlər o qədər də uzaq tarix deyil. İnternet bir çox kəşfə görə olduqca yeni bir ixtiradır. Bu gün elektron məktub göndərmək, tweet paylaşmaq, istədiyimiz yerdə web saytlara daxil olmaq olduqca asandır. Lakin bir qədər yaxın keçmişdə bunların heç biri mümkün deyildi. İlk e-mailin göndərilməsi, ilk domen adının alınması kimi internetin “ilk”ləri texnologiya əsrinin də başlanğıc mərhələsi kimi səciyyələndirilə bilər. Bu səbəbdən buzz.az olaraq İnternet tarixinin ən yadda qalan “ilk”lərindən bəzilərini nəzərinizə çatdırırıq:


1971
İlk e-mail- Ray Tomlison tərəfindən göndərildi. Hazırda isə ortalama hesabla bir gün ərzində dünyada 183 milyard e-mail göndərilir.


3 may 1978
İlk spam e-mail, Gary Thuerk tərəfindən göndərildi. Hazırda isə ortalama hesabla bir gün ərzində 54 milyard spam e-mail göndərilir.


1985, Mart
İlk domen adı olan www.symbolics.com qeyd edildi. Hazırda isə 271 milyon qeydiyyatlı domen adı var.


1990
İlk axtarış Archie ortaya çıxdı. Bu gün saniyədə 45.587 Google axtarışı reallaşdırılır.


1991
Tim Berners-Lee tərəfindən ilk dəfə bir vebsayt yaradıldı. Oktyabr 2014 tarixi etibarilə vebsayt var.

1992
İnternetə ilk dəfə şəkil yükləndi. Hazırda isə ortalama hesabla bir gün ərzində 1.8 milyard şəkil internetə yüklənilir və paylaşılır.

11 avqust 1994
İlk e-ticarət əməliyyatı reallaşdı və Sting-in “Ten Summoner’s Tales ” adlı albomu Netmarket-in wap saytında 12,48 dollara satıldı. 2014-də e-ticarət satışlarının 1,5 trilyon dollar olacağı təxmin edilir.

1994, Oktyabr
İlk banner reklam hotwired.com tərəfinən təqdim edildi. 2012-ci ildə isə ABŞ’da istifadəçələrə göstərilən reklam sayı isə 5,3 trilyondur.

3 aprel 1995
Amazon.com-dan ilk kitab satışı həyata keçdi. Kitabın adı “Fluid concepts and creative analogies: Computer models of the fundamental mechanisms of thought” idi.

Amazon, Cyber Monday 2013-də saniyədə 426 satış əməliyyatını həyata keçirdi. Bu, gündə 36.8 milyon dollara bərabərdir.

2004
Facebook-a ilk dəfə onun qurucusu olmayan, Zuckerberg-in otaq yoldaşı Arie Hasit daxil oldu. Bu gün saytın 1,3 milyard aktiv istifadəçisi var. Bunların 1,1 milyardı Facebook-a mobil telefonla daxil olur.


23 aprel 2005
İlk Youtube videosu Jawed Karim tərəfindən paylaşıldı. Video bu günədək 16 milyon dəfə izlənmişdir. Hazırda isə orta hesabla ayda 6 milyard video izlənilir.

21 mart 2006
“just setting up my twttr” tweet’i Jack Dorsey tərəfindən paylaşıldı. Bu Twitter’da paylaşılan ilk tweet idi. Bu gün gündə 500 milyon tweet paylaşılır.

16 iyul 2010
İlk İnstagram “atmacası” Kevin Systorm tərəfindən paylaşıldı. (golden retriever şəkli idi). Bu gün gündə 600 milyon şəkil paylaşılır.


Mənbə: Backshift.net/