Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Hər qadın bir qəhrəmandır!

WOWOMAN xanımların özünü ifadə etməsi, motivasiya əldə etməsi, ilhamlanması və inkişafı üçün yaradılmış platformadır.  WOWOMAN  xanımların həyatını əlvan rənglərə boyamaq və onlara müxtəlif fürsətlər bəxş etmək naminə çalışır. Buna isə yerli və xarici aparıcı mütəxəssislərdən peşəkar təlimlər, seminarlar, kurslar;  şəxsi inkişaf, ruhən və cismən istirahət üçün tədbir və məşqlər; iştirak edib təcrübə və fikirlərinizi bölüşə biləcəyiniz özünü ifadə, ilhamlanma və tədris üçün online platform; və  müəllif layihələri – “Tech-Tech xanım”, “My WOWOMAN BOOK”, “#qorxmasaydim” vasitəsilə nail olurlar.

8 Mart Beynəlxalq Qadınlar Günü üçün WOWOMAN komandası Park Bulvar AVM-in dəstəyi ilə xüsusi sərgi keçirmişdir. Sərgidə filmlərdə görməyəcəyiniz, haqqında kitablar yazılmamış, tanınmamış, lakin həyatları boyu müxtəlif çətinliklərə qalib gəlmiş, zərif qəhramanlarımızın şəkilləri və hekayələri nümayiş olunmuşdur. “Hər qadın bir qəhrəmandır” şüarı  və #SHEroes hashtag’ı ilə yadda qalan tədbir 6-13 mart tarixlərində Park Bulvar AVM-də baş tutmuşdur. Platformanın təsisçisi Zara Apetrei  Hüseynovanın sözlərinə əsasən, “WOWOMAN cəmiyyətdə xanımlara qarşı diqqəti artırmaq üçün çalışır və təkcə bayramda deyil, adi günlərdə də onların arzularına dəstək olmaq üçün fəaliyyət göstərir.”

Sərgidə nümayiş olunan hekayələrdən bəzi məqamları sizinlə paylaşırıq:

“Bir çox sahələrdə özümü sınamışam:  Musiqidə, idmanda, incəsənətdə, ədəbiyyatda.  Bütün bunlar astrofizika üzrə fəlsəfə doktoru olmağıma mane olmayıb.”

“Oxumaq üçün heç vaxt gec deyil. Mənim 42 yaşım var və yaxşı təhsilim, böyük iş təcrübəmin olmasına baxmayaraq, mən hələ də oxuyuram. Hal-hazırda mən ABŞ-ın ən prestijli universitetlərindən birinin tələbəsiyəm, eyni zamanda, şüşə üzərində rəsm çəkməyi öyrənirəm.”

“Atam xəstələndiyi zaman ona dəstək oldu, əlindən gələni etdi ki, atam sağ olarkən yalnız sevgi və qayğı ilə əhatə olunsun. Və mənim anam heç vaxt təslim olmur!”

“Həyat yoldaşı onun universitetə qəbul imtahanlarını uğurla verməsinə inanmırdı. Buna baxmayaraq, nənəm kollecə daxil oldu, eyni zamanda həm oxudu, həm də işlədi, sonra isə universitetə sənədlərini verdi. O, universiteti fərqlənmə ilə bitirdi.”

“Biz Azərbaycanda yaşayırıq, bunu bitirmək lazımdır, sən artıq böyüdün!”.  Bu xəbəri tam normal qarşıladığıma özüm də təəccübləndim, amma bununla barışmadım!”

“Mən xəstə olduğumu öyrəndiyim 2000-ci illər, Hepatit C müalicəsi olmayan bir xəstəlik sayılırdı. Amma, mən yenə də ruhdan düşmədim, qeydiyyata düşdüm, virusun hansı genotipi olduğunu müəyyən etmək üçün qan analizi verdim və elmin inkişafını gözlədim.”

“Bu gün Azərbaycan Rəssamlar İttifaqının,  Rusiya Rəssamlar İttifaqının,  Beynəlxalq Dizaynerlər İttifaqi Assosiasiyasının üzvü,  CQE-nin “Əsrin keyfiyyəti” qızıl mükafatçısıyam.”

“1993-cü il martın 2-si… Aydın qanlı döyüş tapşırıqlarının birində həlak oldu və şəhidlik zirvəsinə ucaldı. Dünyam qaraldı… Uşaqlarıma həm ata,  həm də ana oldum,  indi onlar mənimlə, mən də onlarla fəxr edirəm.”

“Mən hicablıyam. Ətrafımdakılar  fikirləşirdilər ki, hicablı yalnız evdə oturub, ev işləri ilə məşğul olmalıdır. İlk dəfə işə düzəlmək istəyəndə Azərbaycanın məşhur alimlərindən biri bir cümlə dedi mənə: “Hicablı qadınsan,  get otur evdə,  yeməyini bişir,  uşağını böyüt”.  İndi həmin alimə təşəkkür edirəm. Onun bu sözləri mənə stimul verdi,  qarşıma məqsədlərimi qoydu.”

“Həyatını tək davam etdirən və ya ailə həyatı qurmamış qadınlara gəldikdə, öz həyatlarını istədikləri kimi, qurmaq onlar üçün daha çətindir. Bunun səbəbi cəmiyyətdə hələ də mövcud olan mənfi fikirlərdir.”

“Tez bir zamanda bununla da yaşamağın mümkün olduğunu anladım və  həyatıma əlil arabasında davam etmək məcburiyyətində qaldım. Həyatımı anlamlı yaşamağa qərar verdim.”

“Kiçik bacım daun sindromludur.  Biz,  onun özünü “fərqli” hiss etməməsi üçün əlimizdən gələni əsirgəmirik.”

“Uşaqlıqdan harada olurdumsa – riyaziyyat və ya fizika olimpiadasında, şahmat və

proqramlaşdırma yarışlarında və ya informasiya texnologiyası ilə bağlı tədbirlərdə iştirakçılar

arasında hər zaman yeganə qız, demək olar ki, mən olurdum.”

“Deyirdilər ki, uşaq oturmayacaq, yeriməyəcək, danışmayacaq…  Lakin,  müəyyən bir müddət keçdikdən sonra,  bu çatışmazlıqlara qalib gəldik, indi uşağım həm yeriyir, həm də qaçır.”

“Ooo, qadın sürücü… Necə maraqlıdır…” Bu replikalar məni daha da ruhlandırır və mənə stimul verir – özümü cəmiyyətə lazımlı hiss edirəm.”

Daha ətraflı hekayələri wowoman.org saytından oxuya bilərsiniz 🙂

PB 2

PB 7

PB 15 PB 16 PB 18 PB 19 PB 27 PB 31 PB 38 PB 51 PB 62 PB 71