Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Günlük həyatınızı rahatlaşdıracaq 3 yerli mobil tətbiq

Gün ərzində həyatımız o qədər gərgin keçir ki, bəzən gördüyümüz xırda işləri asanlaşdıracaq həllərə ehtiyac duyuruq. Sizlərə  həyatınızı asanlaşdıran 3 yerli mobil tətbiqi təqdim edirik:

1. MobChannel

mobchannel

Əgər hər gün xəbərləri izləyirsinizsə və buna çox zaman sərf edirsinizsə bu mobil tətbiq tam sizə görədir. Siz xəbərlər və maraq sahəsi kanalından yerli və xarici mətbuatı, xüsusi sahələrə uyğun veb saytları və bloqerlərin məqalələrini rahatlıqla oxuya bilərsiniz. Proqram sizə yalnız izləmək istədiyniz mənbənin uyğun kateqoriyasını izləməyə imkan verir. Misal üçün siz hər gün biznes və maliyyə xəbərlərini izləyirsinizsə, sistem sizə bu xəbərləri təqdim edən mənbələrin siyahısını göstərir. Siz həmin mənbələrə üzv olub, dilini seçdikdən sonra bir pəncərədən bütün xəbərləri oxumuş olursunuz. Proqramda ümumilikdə 15 kanal nəzərdə tutulub. Platformada hazırlıq işləri hələ davam etdiyindən hələ ki, 4 kanal çərçivəsində informasiyalar əldə etmək mümkündür. Proqramın təsisçilərinin dediklərinə görə  yaxında Vakansiya, Əmlak, Alış-veriş, Avtomobil və s. kimi maraqlı kanallar təqdim olunacaq.

Sistemindən istifadə etmək üçün telefonunuzdan Play Marketə daxil olub, MobChannel proqramını yükləyib, qeydiyyatdan keçmək kifayətdir.
https://play.google.com/store/apps/details?id=com.verrasoft.mobilechannel 
Proqramın istifadəsi pulsuz təklif olunur.

2. Hesab.az

hesabaz

Demək olar hər gün müxtəlif yerlərə ödənişlər edirik. Bu ödənişləri ödəmək üçün poçta və banklara getməyə ehtiyac yoxdur. Artıq mobil telefonunuza Hesab.az tətbiqini yükləməklə  bir çox yerlərə rahatlıqla ödənişləri həyata keçirdə bilərsiniz. Platforma vasitəsi ilə kommunal ödənişlərlə yanaşı, bank kredit ödəmələrini, kinoteatrlar üçün bilet alışını və avtomobiliniz üçün icbari sığorta şəhadətnaməsini ala bilərsiniz.

Bildirmək istəyir ki, hesab.az tətbiqi telefonda internet olmasa belə hər 3 operatorun abonentləri mobil telefonlarında maneəsiz işlədə bilir. Bu da təcili ödəmələri rahatlıqla həyata keçirdməyə imkan yaradır.

Hesab.az proqramını aşağıdakı linkdən yükləyib, dərhal istifadə edə bilərsiniz.
https://play.google.com/store/apps/details?id=hesab.az (Android)
https://itunes.apple.com/az/app/hesab.az/id977080340?mt=8 (iOS)
https://www.microsoft.com/en-us/store/apps/hesabaz/9nblggh16njq (Windows)
Proqramın istifadəsi pulsuz təklif olunur.

3. Xercim.az

xercimaz

Bütün endirim kartlarınızı bir yerdə toplayaraq, xüsusi təkliflərdən yararlanmaq və xərclərinizə qənaət etmək istəyirsiniz? Onda bu tətbiq mütləq telefonunuzda yüklü olmalıdır. Plastik kartlarınızı tətbiqə köçürərək, üstünüzdə daşımaqdan qurtulun. Seçilmiş şirkətlərdən eksklüziv təkliflər əldə edin. Proqramda iBeacon, NFC və QR kod kimi texnoloji yeniliklərdən istifadə edilib.

Proqramı yükləmək üçün Play Marketdən Xərcim.az (iKeebon wallet) tətbiqini yükləmək kifayətdir.
https://play.google.com/store/apps/details?id=az.xercim
Proqramın istifadəsi pulsuz təklif olunur.