Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Falcon Heavy kosmosa uçan ən güclü raket oldu

Son vaxtlar “Marsda yeni dünya qurmaq” istəyi ilə hər kəsin dilində dolanan Elon Musk 7 fevral 00:45-də “Tarixi an”a imzasını ataraq, son dövrlərin ən güclü raketi olan “Falcon Heavy”ni Marsın orbitinə uçurtdu və bütün dünya bu anı canlı izləyərək eyni həyəcanı paylaşdılar.

Falcon Heavy

Falcon Heavy ilə bərabər uçan gücləndirici mükərriklərin (Boosters) kosmosa çıxdıqdan sonra raketdən ayrılaraq yenidən istifadə üçün dünyaya geri dönməsi həyəcanlı anlardan biri olaraq yadda qaldı. Raket isə Marsa yol almaqda davam edir. Qeyd edək ki, ən “wow ” dedirtən isə mühərriklərin  hər ikisinin eyni anda yerə oturmağı oldu.

 

Ən çox marağa səbəb olan raketin içərisinə Tesla şirkətinin istehsal etdiyi və Elon Muskın şəxsi kolleksiyasına daxil olan qırmız rəngli avtomobil (Tesla Roadster) və sükan arxasına yerləşdirilən astronavt geyimli Starman adlı mankenin yerləşdirilməsi idi. Elon Muskın verdiyi müsahibəyə əsasən avtomobil dünyadan 400 milyon km uzağa gedəcək və Marsa yerləşdiriləcək avtomobilin bir neçə yüz milyon hətta milyard illər boyunca qalacağı gözlənilir.

Tesla ReadsterTesla Roadster

Avtomobilə insanlardan bir mesaj kimi “Made on Earth by humans” yazılması və Marsa qədər səslənəcək olan David Bowie-nin Space Oddity mahnısı isə diqqət çəkən və təsirli məqamlardan idi. 🙂

Red Roadster

Leave a Reply

%d bloggers like this: