Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Facebook istifadəçilərinin 16 tipi

Məşhur marketoloq Samir Kərimov öz bloqunda Facebook istifadəçilərinin 16 tipi barədə yazıb.
Bəs sizin ən çox qarşılaşdığınız istifadəçi tipi hansıdır? 🙂

  1. Selfi-adam : Selfi-adamlarda şəkillərin 90% selfilər təşkil edir. Bəlkə də ən məşhur istifadəçi tipidir. Selfi-adam üçün fon, şəkildəki digər insanlar və şəkil çəkmək üçün səbəb önəmli deyil. Əsas odur ki, onun yeni selfi şəkli olsun. Hətta bu şəkillərin sayəsində həmin insanın illər ərzində necə dəyişildiyini izləmək olar.1
  2.  Jurnalist : Bütün “şok” xəbərləri jurnalistlər paylaşırlar.
    Jurnalistlərin əsas məqsədi xəbər saytlarını və onların səhifələrini monitorinq edib dərhal yeni “şok” xəbərləri Facebook-da paylaşmaqdır. Bu tip istifadəçilərinin sayəsində digərlərə xəbər saytlarına daxil olmağa ehtiyac qalmır.23. Avatar
    Avatarlar ayda ən azı bir dəfə öz profil şəkillərini dəyişirlər. Avatarlar trendləri izləyən istifadəçilərdir. Dünyada və ölkəmizdə hər hansı bir hadisə baş verirsə, dərhal ona uyğun öz profil şəkillərini dəyişirlər: Fransa və ya LGBT bayrağları, futbol klublarının herbləri və s.34. Trend izləyicisi
    Mövzudan asılı olmayaraq onlar həmişə trenddədirlər. Trend izləyiciləri avatarların təkmilləşdirilişmiş versiyasıdır. Onlar hər bir hadisəyə birinci reaksiya verməlidirlər: məşhurlardan ölən varsa R.İ.P. deyilməlidir, dünyada (əsasən də Qərbdə) hər hansı bir yenilik və ya hadisə baş verirsə onlar öz fikirlərini bildirməlidirlər. 45. Tənqidçi
    Tənqidçilər hamını və hər şeyi tənqid edirlər.
    Tənqidçilər məqsədi hamını və hər şeyi tənqid etməkdir. Lakin, onların əsas hədəfi də var: bu avatarlar və trend izləyiciləridir. Tənqidçilər, yırtıcılar kimi, onların heç bir postunu, heç bir yeni şəklini tənqidsiz buraxmırlar. Məsələn, tənqidçilərin sayəsində Coffeeshop Company Azerbaijan öz Facebook səhifəsini bağladı.      5 6. Layker
    Layker – Tənqidçilərin antipodudur. Laykerlər isə əksinə. Demək olar ki, heçnə yazmırlar və şərh etmirlər. Lakin, daimə hamının postlarını bəyənirlər. Üstünlüyü daha çox avatar və trend izləyicilərinə verirlər.  6             7.Məlumat topluyucusu
    Məlumat topluyucaları danışmırlar, amma hər şeyi izləyirlər. Onlar heç bir şərh və ya post yazmazlar. Sən hətta onların sənin dostluğunda olub-olmaması yadından çıxa bilər…lakin, onlar səni izləyirlər. Və hətta təsadüfi real görüşdə sənin postunu sitat gətirə bilərlər.          7 8.Dindar
    Dindarların əksər post və şərhləri dinə aid olur. Bu tip izləyicilərin postların əksəriyyəti dinlə bağlı olur. Ramazan ayı başlayanda və qurtaranda daha aktiv olurlar.                     8                                              9. Promoter
    Promoterlər dostluqdan ən tez-tez silinən istifadəçilərdir. Facebook-un ən nəzakətsiz istifadəçiləri sayılırlar. Onlar daim Sizi hansısa naməlum qruplara əlavə edirlər (hətta qrupdan çıxsan belə, təkrar bunu edirlər), tədbirlərə dəvət edirlər, müsabiqədə iştirak edən şəkilə layk qoymağa çağırırlar.        9                           10. Ulduz
    Ulduzların dostlarının sayı 2000-dən aşağı olmur
    Ulduzlar nə maraqlı kontenti paylaşırlar, nə opinion maker-lərdir (ictimai fikri formalaşdıran insanlar), nə kimsə onları yaxından real həyatda tanıyır. Lakin, ONLAR 5000 DOSTU NECƏ YIĞIBLAR?     10                                     11. Gəzən xəbərlər
    Gəzən xəbərlərin bütün həyatı sosial şəbəkələrdə təsvir olunub. Daimi öz həyatı barəfə məlumatlar paylaşırlar: Mən saat 7-də durdum, 8-də idman elədim, 9-da yemək yedim və günün sonuna qədər bu tip məlumatların paylaşımı davam edir. Və bu məlumatlar digərlərə maraqlı olub-oglmamağı onlar üçün önəmli deyil.                                       11  12.  Oğru
    Facebook oğruları ən zərərsiz cinayətkarlardır. Oğrular digər istifadəçilərinin statuslarını oğrayıb öz səhifələrində paylaşırlar.                          12    13. Müəllim
    Allah eləməsin ki, müəllim sənin statusunda bir səhv görsün. Müəllimlər sizin status və ya şərhinizdə səhvi tapmaq üçün onu bir neçə dəfə oxuyurlar. Və onu tapan kimi dərhal sizə bildirməlidirlər. Onlar üçün mətnin məğzi maraqlı deyil. Əsas odur ki, siz səhv etməyəsiniz.                                           13   14. Radio aparıcı
    Radio-aparıcıların Facebook-da xüsusi vəzifələri var.
    Radio-aparıcılar hər səhər “Sabahınız xeyir!” və “Gününüz uğurlu olsun!” tipli postları paylaşmalıdırlar. Elə bil ki, bu onların işidir.                                                             14  15. Cütlük
    Cütlüklər heç vaxt ayrılıqda şəkil paylaşmazlar.
    Cütlüklər Facebook-un ən xoşbəxt istifadəçiləridir. Bütün statuslar yalnız bir-birinə olan sevgi və məhəbbət haqqındadır. Avatarda da onlar əlbəttə bir yerdə olmalıdırlar.         15 16. Maliyyəçi
    Maliyyəçilər nisbətən yeni qrup istifadəçiləridir.
    Devalvasiyadan sonra aşkarlanan tip. Onlar hər günü Bloomberg və Mərkəzi Bankın saytlarını monitorinq etməklə başlayırlar. Ondan sonra isə 2267 ilə qədər neft və manat barədə öz proqnozlarını verirlər.16Yazının originalı :  http://samirkarimov.com/16-facebook-user-type/

 

Leave a Reply