Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Fabio Cannavaro Çin’də məşqçiliyə başladı

B1qyXnQCEAAJpdm

Çin Super Liqa komandalarından Guangzhou Evergrande Marcello Lippi’nin yerinə məqşçilik vəzifəsinə Fabio Cannavaro’nu gətirib.  

Klubdan verilən açıqlamada Cannavaro’nun məşqçilik vəzifəsinə təyin olunduğu Marcello Lippi’nin isə idari işlər və oyunçu izləmə komitəsində yer alacağı bildirilib.  Qeyd edək ki, Çin komandası Marcello Lippi ilə 4 il ard-arda Çin Super Liqasını qazanmışdı.

 

Fabio Cannavaro’nun kariyerası

Professional kariyerasına 1992-ci ildə Napoli’də başlayan Fabio, burada 58 oyuna çıxıb və 1995-ci ildə “İlin Ən Yaxşı Müdafiəçisi” seçilmişdi.

Fabio_Cannavaro_Napoli_1990

Napoli’də göstərdiyi uğurlu çıxışdan sonra 1995-ci ildə Parma’ya transfer olur. Parma’nın əfsanə heyyətində çıxış edən və 212 oyuna çıxan İtalyan oyunçu 2 İtaliya Kuboku (1998/99, 2001/02), 1 UEFA Kuboku (1998/99) və bir də İtaliya Super Kuboku (1999) qazanır. parma-99

2002-ci ilin yay transfer mövsümündə Cannavaro 23 milyon avroya 4 illik İnter’ə imza atır.Fabio Cannavaro of Inter Milan and Francesco Totti of Roma in action

Juventus’a çempiyonluğu dramatik şəkildə verən İnter, komandanın ən böyük ulduzu Ronaldo’nu və Seedorf, Dario Simiç kimi oyunçuları da satır. Məşqçi vəzifəsinə Hector Cuper’i gətirilir.  Parma’dan Fabio Cannavaro, Lazio’dan Hernan Crespo, Milan’dan Francesco Coco alınır və Roma’dan Gabriel Batistuta icarəyə götürülür. Fabio Cannavaro İnter ilə 50 oyuna çıxıb 2 qol atsa da çempiyonluq sevinci yaşaya bilmir. 78434ddd2362bf769f9eb308760fade6

İnter’dəki iki sezonun ardından transfer mövsümünün son günündə Fabian Carini + 10 milyon avro qarşılığında Cannavaro Juventus’a keçir. Juventus’da da 2 mövsüm keçirən Cannavaro çıxdığı 74 oyunda 6 qola imza atır. Cannavaro Juventus ilə 2 çempiyonluq yaşasa da, 2006’da açıqlanan Calciopoli skandalı nəticəsində Juventus’un 2005 və 2006 çempiyonluqları geri alındı və ikinci liqaya düşürüldü. Bu skandaldan sonra İbrahimoviç, Thuram kimi bir neçə ulduz ilə birlikdə Fabio Cannavaro da komandadan ayrılmaq məcburiyyətində qaldı.CANNA

Ancaq 2006 sezonunu Cannavaro üçün heç də uğursuz bir sezon adlandırmaq olmaz. İtaliya millisinin formasını 136 oyunda geyinmə şərəfini yaşamış Cannavaro, 2006 sezonunda Almaniyada keçirilən 2006 Dünya Kubokunun qazanan komandanın kaptanlğını da edir. fabio-cannavaro

Və həmən mövsüm Fabio Cannavaro Avropada İlin Ən Yaxşı Futbolçusu mükafatı olan Balon D’or’a layiq görülür və Real Madrid’ə transfer olur

cannavaro10_carruselThumb,1

Real Madrid’də Galaktikos dövrünün bağlanmasının ardından komandaya gələn Fabio Capello’nun ilk istədiyi oyunçulardan biri olur Cannavaro. Madrid’də 3 sezonda 90’dan çox oyuna çıxan İtalyan müdafiəçi, Kral klubunda 2 İspaniya Liqası (2006/07, 2007/08) və 1 İspaniya Super Kuboku (2008) qazanır.
cannavaro-real-titre07

2009-2010 mövsümündə Cannavaro klub ilə qarşılıqlı razılaşma əsasında, Juventus’un da Serie A’ya yüksəlməsi ilə köhnə komandasında geri qayıdır və 27 oyuna çıxır.

Ronaldinho, Fabio Cannavaro

Juventus ilə keçirdiyi 1 sezonun ardından Ərəbistandan gələn təklifi geri çevirməyən Cannavaro 2010/2011 mövüsümündə Al-Ahli forması geyinir və sadəcə 16 oyuna çıxır. Sonrakı mövsümlərdə isə Cannavaro Al-Ahli’də köməkçi məşqçilik edib. S10797231-35

 

Leave a Reply

%d bloggers like this: