Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Ən gec hazırlanan 10 oyun

10. Shenmue: 1994-2000 (6 il)

SEGA’nın ən uğursuz oyunu idi Shenmue. Hazırlanarkən çox sayda insanın marağına səbəb olmuş, hərkəsə SEGA Saturn aldıracaqmış kimi görünürdü bu oyun. Ancaq nə oldusa istehsalçılar heç cürə oyuna son nöqtəni qoya bilmədilər və Shenmue satışa çıxarılmadı.

SEGA Dreamcast konsolu çıxdıqdan sonra istehsalçılar yeni konsolun üstünlüklərindən faydalanaraq oyunu daha da inkişaf etdirmək istədilər və o zaman üçün astronomik sayılacaq ölçüdə, 40 milyon dollarlıq vəsait ayrıldı və yeni konsola keçiş qərarının ardından  bu rəqəm 70 milyona qədər yüksəldi.
Nəticə isə o qədər ürək açan olmadı. Tənqidçilərdən yüksək xal almasına, oyun dünyasına bir çox yenilik gətirməsinə və hətta günümüzün açıq dünya tipli oyunların qabaqda gedən oyunu olmasına baxmayaraq, firma oyunda ziyana getdi. Tutmadı.

galeri_19. StarCraft II: 2003-2010 (7 il)

Gerçək zamanlı strategia oyunlarının ən böyük əfsanələrindən biri olan StarCraft’ın davam oyunu, oyunsevərlərin ən çox gözlədiyi oyunlardan bir digəri idi.

2007-ci ildə təşkil olunan və Asiya’nın BlizzCon’u olaraq bilinən Blizzard Worldwide Invitational tədbirində rəsmən açıqlanan StarCraft II’nin hazırlanmasına, əslində 2003-cü ildə, Warcraft III: The Frozen Throne’un ardından başlanmışdı.

Blizzard’ın xasiyyətidir, incə ələyib sıx toxuyur hər zaman. Oyun açıqlanmasından 3 il və hazırlanmasına başlanmasından 7 il sonra StarCraft II çıxır amma oyunun 3 hissə olaraq yayımlanacağı açıqlanır.

2014-cü ildəyik və hələ də StarCraft II’nin  macərası tamamlana bilməyib.galeri_2

8. Galleon: 1997-2004 (7 il)

Galleon oyununu xatırlayanların sayı azdır. Bu oyun üçün, istehsalçısının Tomb Raider’i  ortaya çıxaran adam olduğunu deyə bilərik.

Oyun dünyasının ən populyar qəhrəmanlarından olan Lara Croft’a həyat verən Toby Gard, 1997-ci ildə məşhur olandan sonra, əvvəlki şirkətindən ayrılır və özü yeni bir şirkət qurur. Galleon oyunu üçün çalışır.

İllərlə texniki problemlərlər, yeni konsollara uyğunsuzluqlarla əlləşib durur. Və nəhayət 7 illik əziyyətin ardından Galleon satışa çıxır. Ancaq oyundakı texniki səhvlərə görə oyunu oynamaq hardasa imkansız kimidir. Sözsüz ki, uğursuz olur. galeri_3

7. L.A. Noire: 2004-2011 (7 il)

Gerçəkçi xarakterlər modelləmələri, oyun dünyasında daha əvvəl heç istifadə olunmamış üz və mimika sistemləri və gecəcələr boyu çəkən əlavə iş saatı. L.A. Noire oyun tarixini dəyişdirmək üçün yola çıxmış idealist bir grup istehsalçı tərəfindən 7 il boyunca üzərində çalışılmış bir oyun idi.  Günümüzdə hələ də istefadə edilməsinə cəsarət edilməyəcək üz ifadələri olan oyun, çox heyif ki, oyun sevərlərdən gözlədiyi marağı görmədi.

50 milyon dollar ayrılan bu oyundan geriyə sadəcə gerçəkçi üz ifadələri qaldı. la_noire3

 

6. Spore: 2000-2008 (8 il)

The Sims və Sim City oyunlarının qurucusu Will Wright “Elə bir oyun yaradacam ki, tək hüceyrəli canlı olaraq dünyaya gəlib, bütün təkamül mərhələlərini keçdikdən sonra Dünyaya hökm edəcək hala gələcəksiniz.” demişdi Spore oyunu haqqında.

Nəticə olaraq Will Wright 8 il çalışdıqdan sonra vəəd etdiklərinin sadəcə yarısını oyunda gerçəkləşdirə bilir. Oyun 8-ci ilində tələm-tələsik satışa çıxarılır. Uğursuz olur təbii ki.galeri_5

5.Too Human : 1999-2008 (9 il)

Too Human siyahı içərisindəki istehsal ərəfəsi ən keşməkeşli olanlardan biridir. Belə ki, oyun 2000-ci iləd Sony ilə razılaşıb, Playstation üçün çalışmalara başlayır. Lakin istehsalçı firma Silicon Knights, Sony ilə fikir ayrılığına düşür və sözləşmə ləğv olunur. Daha sonra Nintendo ilə razılıq əldə olunur və açıqlanır. Bir müddət sonra Nintendo ilə də yolları ayıran Silicon Knights,  Microsoft ilə razılaşıb XBOX 360 üçün 2006-cı ilə kimi proyekti tamamlama sözü verib, 2008-ci ildə oyunu bazara çıxarır.

İstehsalı üçün 60 ilə 100 milyon arasında vəsait sərf olunan oyun həm tənqidçilərdən mənfi rəy alır, həm də Unreal Engine’in istifadəsində qaydalara uymadığı üçün Epic Games tərəfindən məhkəməyə verilir. Microsoft Epic Games’ə 4.5 milyon təzminat verir və Silicon Knights komandasının işçilərini qovur. free-too-human-hd-desktop-wallpaper

4. Team Fortress 2: 1998-2007 (9 il)

Team Fortress əslində Quake üçün yayınlanan pulsuz oyun modu idi. Bu modun yaradıcıları 1998-ci ildə tam oyun yaratmaları üçün işə alındı və Team Fortress 2 oyununu hazırlamaları istənildi. İstehsalçılar, görünür, təcrübəsiz olduqlarından, oyunun çıxış tarixini 1999 olaraq açıqladılar.

1999-cu ilin E3 sərgisində oyun istifadəyə verildi, amma o zamankı oyun ilə indiki Team Fortress 2 arasında heç bir bağlantı, oxşarlıq yox idi.  İlk oyun daha ciddi və taktikaya bağlı idi və bir az maraqsız idi. Şirkət komandadan oyunun bir az daha əyləncəli hala gətirilməsini istədi.  Şirkətin istəklərinə bu dəfə də tələsikdən “bir neçə aya hazır olar” deyən programçıların əlləri ayaqlarına dolaşdı deyə bilərik.  Oyunun grafiklərinin yenilənməsi, yeni oyun motoru filan deyərkən, oyun ancaq 2006-cı ildə tamamlana bildi və istifadəyə verilməsiylə birlikdə 2007-ci ilə çıxdı.

Digərlərindən fərqli olaraq bu oyun çox uğurlu alınmışdı. galeri_7

3. Prey: 1995-2006 (11 il)

Oyun dünyasının ən bəxtsiz oyunlarından biri də Prey’dir. 90-cı illərin ortalarında açıqlanan 3D Realms şirkətinin çıxış oyunu olacaqdı Prey.

Proyektə başlandığında işin başında 2 əfsanəvi adam Tom Hall və John Romero var idi. Daha sonra John Romero’nun öz şirkətini qurması və Tom Hall’u yanına çağırması ilə Prey oyunu yarımçıq qaldı. 3D Realms şirkəti yeni bir komanda qurub Prey oyunu üzərində yenidən işləmək qərarına gəldi.

Gündən-günə inkişaf eləyən texnologiyaya uyğunlaşa bilməyən Prey, satışa gec çıxarılmanın da ziyanını gördü. Belə ki, 90-cı illərdə çox sevilən “yad planetlilər tərəfindən qaçırılma hekayəsi” 2006-cı ildə ancaq gülüşə səbəb oldu, deyə bilərik. galeri_8

2. Diablo III: 2001-2012 (11 il)

Oyun dünyasının ən yaxşıları arasında göstərilən Diablo seriyasının 2-ci oyunu satışa çıxdıqdan sonra, 3-cünün hazırlanmasına vaxt itirmədən başlanılmışdı.  İşə başladıqdan bir müddət sonra programçı komandadan bir neçə əsas işçinin ayrılması ilə Diablo III də çıxışı gecikməyə başladı.

StarCraft II-de olduğu kimi yeni bir Blizzard Worldwide Invitational tədbirində Diablo III rəsmən açıqlandığında tarix 2008 idi.

Rəsmi açıqlamadan 4 il sonra satışa çıxan oyun ilk açıqlanandan tamamilə fərqli idi. Və bu vəziyyət Diablo heyranlarını ikiyə ayırdı.

Şirkət oyunun niyə bu qədər gecikdiyini heç vaxt açıqlamadı, amma deyilənlərə görə  Starcraft: Ghost, Warcraft Adventures və Titan proyektləri Diablo III gecikməsinin əsas səbəbidi.

galeri_9

1. Duke Nukem Forever: 1996-2011 (15 il)

Duke Nukem Forever ilk olaraq 3D Realms tərəfindən, Duke Nukem 3D satışa çıxdıqdan sonra açıqlandı. Rəsmi bir açıqlama ilə də oyunun 1997-ci ildə satışda olacağı bildirildi. Oyunu tamamlaya bilməyən firma nəhayət yeni bir açıqlama ilə 2001-ci ildə oyunu istifadəyə verəcəyini açıqladı.1

2004-cü ildə isə oyunun tamamlanma mərhələsində olduğu deyildi və  oyunun iç qrafiklərinə aid bir neçə görütü yayımlandı. 2 il sonra isə 3D Realms şirkəti itirməyə və işçilərini bir-bir qovmağa başladı.

Yayımçı şirkət Take-Two Interactive ilə 3D Realms arasında yaşanan gərginlik sonrasında oyunun yayımlanma haqları 2K Games-ə keçdi.  Oyun artıq zarafat obyekti olmuşdu. Bir jurnalistin “Duke Nukem Forever nə zaman çıxacaq ?” sualına istehsalçı George Broussard “Donuzlar nə vaxt uçsa, o vaxt!” demişdi.

Oyun bir daha əl dəyişdirdi. Gearbox oyunu öhtəsinə götürdü və Borderlands oyununu satışa çıxardıqdan sonra Duke Nukem Forever-ə başladılar.

Tarix 2010-u göstərəndə Gearbox işçiləri Twitter üzərindən “Donuzlar uçur !” mesajını göndərərək Duke Nukem Forever-ın rəsmən tamamlandığını açıqladılar. Ancaq 2011-ci ildə satışa çıxdıqda Duke Nukem tənqidçilərdən mənfi rəylər almağa başladı və hətta bu oyunun illərin əməyinə hörmətsizlik oldu belə deyildi.

galeri_10

Və son olaraq Bonus: Half-Life 3 ! 2006 -cı ildə açıqlanan oyundan hələ də səs-səda yoxdu. galeri_11