Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Dünya uşaq ədəbiyyatından seçmə 10 kitab

Bu gün günlərdən Beynəlxalq Uşaq Kitabı Günüdür. Öz uşaqlarınıza, kiçik bacı-qardaşlarınıza kitab almaqla onları sevindirmək üçün əla fürsətdir 🙂 Kitab almaq istəyirsiniz, ancaq uzun müddətdir ki, uşaq ədəbiyyatı ilə maraqlanmırsınız? Hansı  kitabı alacağınızı bilmirsiniz? Onda bizim sizin üçün tərtib etdiyimiz siyahıya nəzər yetirin 🙂

1. Antuan de Sent-Ekzüperi  “Balaca Şahzadə”

” Bu kitabı yaşlı ada157993ma həsr etdiyim üçün uşaqlardan məni bağışlamalarını xahiş edirəm. Haqq qazanmaq üçün deməliyəm: bu yaşlı adam mənim ən yaxşı dostumdur. Bundan əlavə: o, dünyada hər şeyi başa düşür, hətta uşaq kitablarını da. Bir də o, Fransada yaşayır, orada isə bu saat aclıqdır, soyuqdur. Onun təsəlliyə çox-çox ehtiyacı var. Əgər bunların hamısı mənə bəraət qazandırmırsa, onda bu kitabı həmin uşağa həsr edirəm ki, o indi mənim yaşlı dostumdur”.

 

 

 

 

2. Jül Vern “KAPİTAN QRANTIN UŞAQLARI”

jul_vern

Qrantın uşaqları – Robert və Meri Qrant “Dunkan” gəmisi ilə atalarının axtarışına çıxırlar.

Gənc ka­pitan Con Manqls, coğrafiyaşünas alim Jak Paqanel və məşhur dənizçi qızı Elen Qlenarvan onlara kömək edir.

Yolun asan başlamasına bax­mayaraq, təhlükələr getdikcə artır.

Onları həm quruda, həm də dənizdə müxtəlif macəralar müşayiət edir, amma bütün təhlükələrin öhdəsindən mərdliklə gəlirlər.

Əsərdə incə yumor və nikbin ruh hakimdir.

Fransız yazıçısı Jül Vern ədəbiyyatda elmi fantastika janrının ən gör­kəmli nümayəndələrindən biri hesab olunur.

3.Ernest Miller Heminquey “QOCA VƏ DƏNİZ”

скачанные файлы (1)

Qoca və dəniz’ Ernest Miller Heminqueyin dünya şöhrətli əsəridir. Əsərdə ucsuz-bucaqsız okeana xırdaca bir qayıqla ova çıxan tənha qocadan bəhs edilir. Öncəki bütün ovları uğursuz nəticələnən qoca bu dəfə nəhəng bir balıq ovlayır. Bu zaman isə o, öz şikarını köpək balıqlarının hücumundan qorumaq üçün gərgin mübarizə aparır. Baş qəhrəman prototipi müəllifin yaxından tanıdığı Kubalı qoca balıqçıdır.

 

 

 

4. Mark Tven “TOM SOYYERİN MACƏRALARI”

Mark Twain: The adventures of Tom Sawyer (Sales Prospectus) Original agent's copy of the first edition Hartford, Conn., Chicago, Ill., Cincinnati, Ohio, American Publishing Company; San Francisco, Cal., A. Roman & Co., 1876. PS1306 .A1 1876b RAREBOOK Special Collections SC-BARR-X

Böyük Amerika yazıçısı Mark Tvenin (1910) ‘Tom Soyyerin macəraları’ romanı dünya uşaq ədəbiyyatının incilərindən sayılır. Əsər Tomla dostlarının başına gələn maraqlı, qorxulu və əyləncəli hadisələrdən bəhs edir. Macəra axtaran uşaqlar kimsəsiz adada tufana düşürlər, geri qayıdanda isə özlərinin dəfn mərasiminə gəlib çıxırlar. Tomla Hekin qəbiristanlıqda təsadüfən şahidi olduqları bir qətl hadisəsi onların sonrakı taleyinə həlledici təsir göstərir.

 

5. Lüis Keroll “ALİSA MÖCÜZƏLƏR ÖLKƏSİNDƏ”

alice-sco-zet

Əsl adı  Çarlz Lütviç Doçstlant olan bu məşhur ingilis yazıçısı bütün dünyada Luis Kerrol (1832-1898) adı ilə tanınır. Oksford Universitetinin pofessoru olan Kerrol, 40 ilə yaxın riyaziyyat müəllimi  işləyib. Bir gün o, dostunun Alisa adlı qızını əyləndirmək üçün qoşduğu əhvalatları kitab halında toplamaq qərarına gəldi və nəticədə dünya oxucusu ədəbiyyat tarixinin ən maraqlı uşaq romanını tanıdı.

 

 

 

 

 

6. Daniel Defo “ROBİNZON KRUZONUN MACƏRALARI”

102

Fəlakət zamanı gəminin bütün heyəti məhv olandan sonra kənara atılıb BÖYÜK ORİNOKO çayının mənsəbinə yaxın bir yerdə AMERİKA sahilləri yanında kimsəsiz bir adada İYİRMİ SƏKKİZ İL tək-tənhalıqda yaşamış Yorklu dənizçi ROBİNZON KRUZONUN HƏYATI qeyri-adi və qəribə macəraları və gözlənilmədiyi halda quldurlar tərəfindən xilas edilməsi haqqında özünün yazdığı ŞƏRH

 

 

7. Mark Tven “ŞAHZADƏ DİLƏNÇİ”

event_photo-85651-PrincePauper

‘Şahzadə və dilənçi’ romanı iki damcı su kimi bir-birinə bənzəyən oğlanların – ingilis şahzadəsi Eduard Tyudorun və balaca dilənçi Tom Kentin qeyri-adi taleyi haqqında qəribə bir macəradır. Təsadüf nəticəsində bu oğlanlar rollarını dəyişirilər. Dilənçi oğlan kral, kral isə dilənçi olur. Bu zaman bir tərəfdən nağıl digər tərəfdən isə tarixi pamfiletdir. Bəzi ədəbiyyatşünasların fikrincə, roman cəmiyyətdə ədalətsizliyi satirik şəkildə ifşa etmək məqsədilə yazılmışdır.

 

 

 

8. Conatan Svift “QULLİVERİN SƏYAHƏTİ”

159

Öz zamanındakı İngiltərənin bütün nöqsanlarını qorxmadan açıb göstərən Conatan Svift (1667 – 1745) Dublində anadan olub, çox ağır və çətin bir həyat yaşayıb. Təsadüfi deyil ki, dahi yazarın məzar daşında bu sözlər yazılıb: ‘Burda ürəyi haqsızlıqlar qarşısında parça-parça olan biri uyuyur’.

 

9. Rudyard Kipling “MAUQLİ”jbcomic2-big

Canavar ailəsi cəngəlliyə düşmüş balaca Mauqlini qəddar Şirxanın əlindən xilas edib böyütməyə başladı. Oğlan çox cəsarətli idi, həmişə canavaraların balaları ilə oynayırdı. Bir gün Şirxan onu görməyə gəlib: ‘Bu mənim ovumdur!’ – dedi və hər şey də elə bundan sonra başladı…

 

 

 

10. Robert Lyuis Stivenson “DƏFİNƏLƏR ADASI”s1284

Tropik adalar, məchul işarəli xəzinə xəritələri, bir gözü kor, bir əli xəncərli, çiynindəki tutuquşu ilə yaddaşımızda canlanan dəniz döyüşçüsü anlayışlarının yaranmasında ‘Dəfinələr adası’ romanının böyük təsiri olmuşdur. Baş qəhrəman Cim Hokins həmişə hərəkətdə olan, narahat düşüncələr və duyğular axarına düşmüş bir gəncdir. O, yoxsul mənəviyyatlı, iradəsiz kişilərə nifrət edir.