Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Devizimiz – “Caz-Muğam”

XIX əsrin sonlarında  Birləşmiş Ştatlar musiqisinə yeni bir dəb  gəlir.  Caz.  Nyu-Orleansda formalaşan bu ovsunlayıcı janrda Afrika ritmləri, Asiya improvizasiyaları , Avropa klassik musiqisi kimi müxtəlif musiqi formalarının sintezi hiss olunur. Tezliklə, bu yeni sintez, Azərbaycan da daxil olmaqla, dünyanın digər ölkələrinə yayılır və yeni musiqi dövrü başlanır. Azərbaycanda isə bu dövr Azərbaycan caz musiqisinin memarı, Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı Vaqif Mustafazadənin adı ilə bağlıdır.

maxresdefault (1)

16 Mart 1940-cı ildə Bakı şəhərinin mərkəzində, İçərişəhərdə dünyaya gələn Vaqif Mustafazadə musiqi ruhunda böyüyür və 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirir. Sonra, o Bakı Musiqi Akademiyasına daxil olur. Karyerasında ilk parıltılar da elə bu zaman nəzərə çarpır. O, burada əsasən klassik caz, bluz tərzində kiçik konsertlər verir, klublarda çıxış edir. 1964-cü ildən fəaliyyətini genişləndirir və sonrakı illərdə Beynəlxalq Caz müsabiqələrində özünü göstərir. Vaqif  Mustafazadə  Caz-Muğam devizi altında Azərbaycan muğamlarını ənənəvi caz texnikası ilə birləşdirib muğam ilə cazın sintezini yaradır. Və yaxşı ki, yaradır!

 

Vaqif  Mustafazadə 1965-ci ildə “Qafqaz” caz triosunu, 1970-ci ildə “Leyli” ilk qadın vokal kvartetini yaradır.1971- 1977-ci illərdə “Sevil”, 1977-1979-cu illərdə “Muğam” vokal-instrumental ansambllarına başçılıq edir. Eyni zamanda “Tallin-66”, “Tbilisi-78”, “Monte-Karlo” kimi beynəlxalq caz festivallarının laureatı olur.

1979-cu ildə Monakoda keçirilən caz festivalından Azərbaycana “Ağ Royal” mükafatı ilə qayıdır. Xalq musiqimiz olan muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış  “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür.

maxresdefault (2)

Digər caz pianoçularının da Vaqif Mustafazadə sənətinə böyük rəğbəti var idi və bu gün də var!

Tbilisidə caz festivalında məşhur amerikan caz pianoçusu Riley B. King Vaqif Mustafazadənin ifasından sonra ona belə deyir: “Hörmətli Mustafazadə, insanlar məni bluzun kralı adlandırırlar, amma, mən əminliklə deyə bilərəm ki, sizin qədər mükəmməl bluz ifa etməyi çox istərdim.”

16 dekabr 1979-cu ildə caz ustadımız Vaqif Mustafazadə Daşkənddə dünyasını dəyişib və  ölümündən 3 il sonra,1982-ci ildə ‘’Azərbaycan Dövlət Mükafatı’’na layiq görülüb.

maxresdefault

Vaqif  Mustafazadənin ölməz sənətini qızı Əzizə Mustafazadə davam etdirir. Almaniyada yaşayan Əzizə pianoçu, bəstəkar və caz ifaçısıdır, eyni zamanda  ilk albomunu 1991-ci ildə çıxartmışdır. Mərhum atasına olan dərin sevgisindən ilhamlanaraq özünün 5-ci albomuna “Jazziza” adını vermişdir. Çünki, uşaqlığında atası ona Jazziza deyə müraciət edib. Vaqif Mustafazadə sənəti Azərbaycan incəsənətinin ayrılmaz parçasıdır və nəsildən nəsilə keçdikcə daha da qiymətlənir.

Vaqif Mustafazadənin xatirəsinə Vaqifsayağı Caz festivalı — İçəri Şəhər Kiçik Qala küçəsində bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin yubileyi münasibətilə 16 mart 2015-ci ildən keçirilən ənənəvi caz festivalıdır. İki hissədən ibarət olan festival səhər saatlarında  Vaqif  Mustafazadənin məzarını ziyarətlə start götürür,  sonra isə festival qonaqlar və media nümayəndələri ilə İçəri şəhərdə, sənətkarın Ev-muzeyində Xatirə günü ilə davam edir.

59357