Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Darvin mükafatını halallıqla qazanmış qaliblər

1. Debbi Milz, 99 yaşında vəfat edib. Əgər o bir gün də yaşasaydı 100 yaşı olacaqdı. O, əlil arabasında öz ad günü məclisinə gedərkən onu onun ad gününə tort gətirən yük maşını vurmuşdu.

2. Siettl sakini Siettl küçələrindən birində avtofurqon-evdən benzin oğurlamağa cəhd edib. O, rezin şlanqın bir ucunu avtofurqondakı deşiyə salıb, o biri ucunu isə ağzına, sonra da oradakı havanı sormağa başlayıb. Polis gələndə oğru halsız, nəcasət içində uzanmışdı. Sonra məlum oldu ki, sən demə, kişi şlanqı benzin çəninə deyil, tualetin deşiyinə salıb. Avtofurqonun sahibi oğrunu onu xeyli əyləndirdiyinə görə məhkəməyə verməyib.

3. Çoxları deyir ki, gülüş ömrü uzadır. Lakin gülüş Aleks Mitçelin ömrünü uzatmaq əvəzinə, onu çox qısaldıb. 1975ci ildə Aleks “The Goodies” komediya serialının zarafatlarından o qədər gülüb ki,ürək tutmasından vəfat edib. Maraqlısı odur ki, onun həyat yoldaşı ölümündən sonra teleseriala onun həyat yoldaşının həyatının son dəqiqələrini xoşbəxt keçirdiyi üçün təşəkkür məktubu yazıb.

4. Arkanzasdan olan bir oğlan pivə içmək həvəsinə düşmüşdü. Şərab mağazasının vitrinin sındırıb pivəni götürüb qaçmaq qərarına gəlir. Böyük bir daş götürüb başı üstünə qaldırır və var gücü ilə vitrinə tolazlayır. Vitrin isə sən demə, şüşədən deyil, pleksiqlasdan imiş. Daş qayıdıb başabəla pivə həvəskarının öz başına dəyir və o, huşunu itirir. Bütün olanları isə müşahidə kamerası çəkir.

5. Bir adam Luizianada Circle-K mağazasına girib, xəzinədara 20 dollar uzadıb və xırdalamasını istəyib. Xəzinə açılanda isə tapançanı xəzinədarın başına dirəyib oradakı bütün pulları tələb edib. Pulları alandan sonra özünün 20 dollarını orada qoyub qaçıb. Oğurladığı pul bilirsiniz nə qədər idi? Cəmi 15 dollar, özü də xırda pullarlarla.

6.  Rumınyada dəfn mərasimi zamanı ölü birdən birə dirilərək tabutdan çıxıb. Hamı şokda olduğundan mərasim iştirakçıları heç bir reaksiya verə bilməyiblər. Dirilən xanım yaxındakı yola çıxıb, burada onu maşın vurub və o dünyasını dəyişib. Ölünü yenidən tabuta qoyaraq, məclisi davam etdiriblər.

7. Kristin Çabbak televiziya tarixində canlı yayımda intihar edən ilk müxbir olub. Depressiya yaşan müxbir efirin 8ci dəqiqəsində bu sözləri söyləmişdi: “Channel 40’sın ənənələrinə sadiq qalaraq sizə kiminsə ölümünü ən tez çatdırıram.”. Bu sözlərdən sonra o revolveri çıxardaraq özünü güllələmişdi.

8. Çikaqoda qar çovğunundan sonra bir kişi avtomobilini parking etmək üçün yolu düz bir saat qardan təmizləyir. Sonra maşınını gətirib orada saxlamaq istəyəndə görür ki, onun təmizlədiyi yeri bir qadın tutub. Sorğu-sual eləmədən qadını güllələyir.

9. İsveçrədəki mehmanxanalardan birində işləyən aşpaz ət çəkəndə barmağını itirir və kompensasiya almaq üçün sığorta şirkətinə müraciət edir. Şirkət bildirir ki, aşpaz texnika ilə düzgün davranmayıb və özü günahkardır. Bunu yoxlamaq üçün oraya ekspert göndlərilir ki, aşpazın hərəkətini yoxlasın. Nəticədə həmin ekspert barmaqsız qalır. Aşpaz isə kompensasiyasını alır.

10. Lonq-Biçdə (Kaliforniya) oğurluğa cəhd edən Ceyms Elliot adlı biri 38 çaplı revolverdən atəş açmağa çalışdı. Amma silah atəş açmadı. O zaman Elliot kimsənin ağlına belə gətirməyəcəyi bir şey etdi: revolverin lüləsini özünə çevirdi, gözünə tutdu və… tətiyi çəkdi. Bu dəfə silah açıldı.