Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Boş vaxt, yoxsa hobbi?

Əziz oxucu,  kitab oxumağın faydalı bir məşğuliyyət olduğunu bilirik, amma, gəlin bu faydaları bir də nəzərdən keçirək!

1.Kitab oxuduğunuz zaman hadisələrin necə meydana gəlib inkişaf etdiyi haqqında təxəyyül sahibi olduğunuz üçün özgüvəniniz artacaq, beləliklə, düşüncələrinizin üfüqü genişlənəcək, yeni bir dünyagörüşü qazanıb hadisələrə daha şüurlu şəkildə yanaşacaqsınız.

2.Elmi araşdırmalar nizamlı kitab oxumanın beyində yeni neyron əlaqələri meydana gətirdiyini göstərir.  Bu da sizin intellektual səviyyənizin artması deməkdir.

3.Həyatın gerçəklikləri və rutini bəzən sıxıcı ola bilər, bunlardan qaçmaq istədiyiniz anda kitablarda  sizin artıq daha rəngarəng xəyallar qura biləcəyiniz bir dünyanız olacaq.

4.Otağınızın dekorasiyasında istifadə edə biləcəyiniz aksessuarlar da artıq hazırdır. Kitablar!

5.Kitab oxumaq, sizə daha yaradıcı bir düşüncə tərzi bəxş edəcək. Yaradıcılığınız artacaq.

6.Qarşınızdakı adam kitab oxumur?! Sağollaşın getsin

7.Artıq boş vaxtlarınızı daha maraqlı keçirmək üçün daha bir yolunuz var. Gəlin, oxuyaq!

8.Kitab oxumaqla söz ehtiyatınız artacaq, dolayısıyla, insanlarla ünsiyyət qurmağınız daha da asanlaşacaq və özünüzü daha yaxşı ifadə edə biləcəksiniz! Siz hələ də kitab oxumağa başlamamısınız?!

9.Yaddaşınız daha da güclənəcək.

10.Hər kitab sizə fərqli insanlar, fərqli həyatlar göstərəcək və insanlarla empatiya qurmaq bacarığınız daha da inkişaf edəcək.

11.Əsas məsələ, maraqlı kitablarınız varsa, siz artıq yalnız deyilsiniz! Sizə bundan daha yaxşı bir dost fikirləşə bilmirik.

12.İnternetiniz kəsilib? Sizə şad xəbər: Bir sürü maraqlı kitab var.

13.Ola bilər ki, öz balaca otağınızda kitab oxuyursunuz. Olsun, bu an sizin zehninizdə böyük bir aləm var. Bəlkə, qitələri aşıb gələcək zamana səyahət edə biləcəksiniz.

14.Kitablarda rastlaşdığınız  çoxlu xarakterlərdən sonra siz ətrafa qarşı daha duyarlı olacaqsınız

15.Kitab oxumaq sizi, bəlkə də, gerçək həyatda tanıma fürsətinizin olmayacağı fərqli mədəniyyətlərdə  yaşadacaq.

16.Əgər ixtisasınızla bağlı nizamlı olaraq kitab oxuyursunuzsa, bu lap əla! Siz bir müddət sonra həmin ixtisasın peşəkarına çevriləcəksiniz

17.Eyni zamanda kitab oxumağın stress səviyyəsini azaltdığı da elmi olaraq sübut olunub.

18.Bilgi səviyyənizin dərinləşib, daha da genişlənəcəyini deməyimizə ehtiyac belə yoxdur təbii ki.

Əlbəttə, oxuduğunuz zaman anlaya biləcəyiniz, şəxsi inkişafınıza kömək edən, daha müsbət fikirlərin yer aldığı, elmi faktlarla zəngin və ən əsası yeni bilgilər əldə edə biləcəyiniz kitablardan söhbət gedir.