Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Beynimizin ehtiyac duyduğu “hədiyyələr”

Planlar, müddətlər, müştərilər, yeni tapşırıqlar… Gündəlik həyatımızın bütün bu cəhətləri beynimizə həkk olunur. Və bu sürətli tempə tab gətirmək üçün vaxtında onun qayğısına qalmaq lazımdır. Bəs bunu necə edək? Bu tapşırıqlarla bütün kaprizlərinizə dözən beyninizi mükafatlandırmış olarsınız.

 

                                                                       Günün ortasında mürgüləmək
Hamımız nahardan sonra mürgüləməyin faydası barədə eşitmişik. Günorta yuxusu tək fiziki gücü bərpa etmir, həmçinin beyninin fəaliyyətini də aktivləşdirir, yaddaşı yaxşılaşdırır və əhvalı artırır. Cəmi 10-15 dəqiqə mürgüləmək sizi iş və məişət sıxıntılarından azad edəcək. Qısa müddətli yuxudan sonra yeni güclə yeni ideyalar qazanacaqsınız.
                                                       Yuxudan öncə bir az yaradıcılıqla məşğul olmaq
Gününüz çətin keçib? Yatağa uzanmamışdan öncə nə isə çəkin. Yaradıcı fəaliyyət yorğun iş günündən sonra beyini yenidən “yükləməyə” və dincəlməyə kömək edir.
                                                              Çoxsaylı tapşırıqlardan imtina edin
Əgər özünüzdən maksimum həddə məhsuldarlıq gözləyirsinizsə, eyni anda yalnız bir tapşırıqla məşğul olun. Yalnız bu rejimdə beyin daha effektiv işləməyə qadirdir.
                                                                       Fəal yaşamaq
Beyniniz üçün lazım olan şey – ürək çalışmalarıdır. Qaçış, üzgüçülük, gəzinti tək bədənə deyil, beyinə də çox faydalıdır və əqli fəaliyyəti artırmağa xidmət edir. Gün ərzində 15-30 dəqiqə bunlarla məşğul olmaq yorulmuş beyin üçün əsl həyat cövhəri olacaq.
                                                        Kağız və qələmdən imtina etməyin
Kompüter, iPad, smartfon və s. digər gadgetlər sayəsində artıq kağız və qələmdən istifadə etmirik. Əbəs yerə! Araşdırmalar sübut edir ki, kağız qeyd dəftərçəsi və qələmdən istifadə etmək beyinin işini fəallaşdırır və onun fəaliyyətini effektiv edir.
                                                              Vitaminləri də unutmayaq
Gündəlik olaraq beyini əlavə tapşırıqlarla yükləyərkən onun üçün ilk növbədə zəruri olan vitaminləri unutmaq lazım deyil. Qida rasionunuzu С, D, E, P vitaminləri və B vitamin qrupları ilə zənginləşdirin.
                                                                 Xarici dil öyrənmək
Beyini bütün zəhmətlərinə görə mükafatlandırmağın ən yaxşı üsulu xarici dil öyrənməkdir. Yeni dil öyrənmək beyinin gizli resurs və imkanlarını üzə çıxarmağa kömək edir.
                                                                     Optimist olmaq
Daim pozitiv düşüncə tərzi beyinin xoşbəxtliyi və effektiv işləməsi üçün lazımdır. Optimist dünya görüşü yeni ideya və imkanların yaranmasına təkan verir.
Ola bilsin ki, bu məsləhətlərin bir çoxu sizə artıq tanışdır və yaxud faydasız hesab edirsiniz. Sadəcə düşünün..