Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Bakıda XIX əsrə qayıda bilərsiniz

“Əli və Nina” filminin Bakıda aparılan çəkilişləri bu səhər paytaxt sakinlərini heyran edib.
Səhər saatlarında metronun “İçərişəhər” stansiyasının yaxınlığından keçənlər özlərini XIX əsrdə hiss ediblər. Nə baş verdiyini anlamayanlar gördükləri mənzərəni çəkib sosial şəbəkələrdə paylaşıblar.
Facebook istifadəçisi Tofiq Sadıxov keçirdiyi hissləri fotolarla belə paylaşıb: “Səhər işə gələndə özümü zaman maşınında hiss etdim. Səadət Sarayını keçəndən sonra gözlərimə inana bilmirdim. Bir anda ətrafımdakı binalar, insanlar, əşyalar XIX əsrə qayıtdı. Sankı zaman tunelində səyahət edib 2 əsr əvvələ düşdüm. Cins Qarabağ atları, faytonlar, XIX əsr insanları, yeni peyda olmuş və neft maqnatlarına məxsus ilk avtomobillər… Bütün bunları canlı görmək ayrı bir zövqdür”!
Dünyada bestseller olan “Əli və Nino” romanı əsasında eyniadlı filmin çəkilişlərinə fevralın 24-dən başlanılıb. Müəllifi Qurban Səid olan “Əli və Nino” romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “Bafta” mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur. Filmdə Əlixan Şirvanşir obrazını Adam Bakri, Ninonu isə məşhur ispaniyalı aktrisa Mariya Valverde canlandıracaq. Aktyor heyətinə dünyanın məhşur kinoulduzları Mendi Petinkin və Konni Nilson da daxildir. Onlar Ninonun valideynlərini canlandıracaqlar. Filmdə tamaşaçılar həm də Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və Halit Ərgənç kimi sevilən aktyorları da görəcəklər. Ekran əsərinin çəkilişi üçün quruluşçu rəssam Karlos Konti, quruluşçu operator Gökhan Tiryaki, kostyum dizayneri Mişel Klepton və redaktor Aleksandr Berner daxil olmaqla dünya səviyyəsində bir komanda formalaşıb.
Jurnalist Zöhrab İbrahimov və Tofiq Sadığovun paylaşdığı fotoları təqdim edirik:0f804396a9748b1358f08ffb745ab619 1bb4b28677dd3e677c3d8f00529c154a 4f4c08427344ae20c177c2046b754c06 382caedb25e4f2ae2c6e346d7b9e5db5 9570bac27bdc920a395b069e53703884 b99612d695077cf1af0fde58e48650dd 673750d9b0d1e284615a0dc3ab283582 702119a86500f43e4959b8af2db9c857