Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Avropadakı ən istedadlı və gənc 10 futbolçu

10. Arkadiusz Milik – Ajax 191772

2011/2012 mövsümündə Gornik Zabrze komandası ilə göstərdiyi 38 oyundakı 11 qolluq nəticə ilə diqqətləri üstünə çəkən Polşalı hücumçu, ertəsi sezon Bayer Leverkusen’ə transfer olur. Ancaq biraz daha təcrübə qazanması üçün öncə Augsburg’a ardından da Ajax’a icarəyə verilir. Hazırda Ajax komandası ilə çıxdığı 5 oyunda 3 qolluq nəticə göstərib.

 —

9. Munir El Haddadi – Barcelona. 

munir_n-672xXx80

Əslən Mərakeşli olan Munir, CD Galapagar’da futbola başlayır və 2011-ci ildə Atletico Madridin gənc komandasına qatılır və çox keçmir Rayo Majadahonda’ya icarəyə verilir.  Ardından Barcelona’nın gənc komandasına qatılan Munir bu sezon Barcelona’nın əsas komandası ilə oyunlara çıxmağa başlayıb. Barcelona ilə 7 oyuna çıxıb 1 də qol atan Munir, milli komanda üçün seçimini İspanya millisindən yana edib və 1 rəsmi oyuna çıxıb.

 —

8. Luke Shaw – Manchester UnitedSouthampton's Luke Shaw

Southampton’un gənc komandasından yetişən və keçən sezon göstərdiyi oyunla 30 milyon funt kimi rekord bir məbləğlə Manchester United’ə transfer olan İngilis sol cinah müdafiəçisi hazırda Avropanın ən çox qazanan gənc müdafiəçilərindəndi. 19 yaşındakı müdafiəçi hazırda United ilə 2 İngiltərə millisi ilə də 3  rəsmi oyuna çıxıb. Qolu hələ ki yoxdu

 —

7. Matteo Kovacic – İnterMateo-Kovacic-Inter-Milan

Futbola 2000-ci ildə LASK Linz komandasında başlayan 20 yaşındakı gənc Xorvatiyalı oyun qurucu, 2007-ci ildə Dinamo Zagreb komandasının diqqətini çəkir və bu komandaya transfer olur.  2010-cu ildə Zagrebin əsas heyyətinə alınan Kovacic, bu komandada 43 oyuna çıxır və 7 qol vurur. Ardından İnter komandasına transferi baş tutur və İnter ilə 53 oyuna çıxır. Xorvatiya millisinin bütün alt yaş kateqoriyalarında forma geyinən Matteo Xorvatiyanın əsas milli komandası ilə də 17 oyuna çıxıb.

6. Max Meyer – Schalke 0496352

Futbola 5 yaşında FC Sardegna Oberhausen’də başlayan Maximilian,  Rot-Weiß Oberhausen və MSV Duisburg’un ardından 14 yaşında Schalke 04’ün gənc komandasına qatılır. Lewis Holtby’nin Tottenham’a getməsi ilə birlikdə Schalke 04’ün əsas heyyətinə çağırılan Max ilk oyununa 18 yaşında çıxır. Schalke ilə 48 oyunun 2sində fərqlənən Meyer,  1 dəfə də Alman Milli komandasısının heyyətinə çağırılıb.

 —

5. Aymeric Laporte – Athletic BilbaoAymeric_Laporte_and_Leo_MessiFutbola 2000-ci ildə Fransa’nın SU Agen komandasında başlayan Aymeric, 2011-ci ildə İspaniyanın Bask bölgəsinin komadalarından Basconia’ya keçir. Ardından Atletic Bilbao scoutlarının diqqətini çəkən gənc Fransız futbolçu Atletic Bilbao’ya transfer olur. 2010-ci ildən bu yana Bilbao forması geyinən Aymeric 58 oyuna çıxıb və 2 qol atıb. Fransa millisinə hələ ki dəvət almayan gənc oyunçu Avropanın gələcək vəəd edən mərkəz müdafiəçilərindən biri olaraq görülür.

 —

4. Hakan Çalhanoğlu – Bayer Leverkusenalman-basini-hakan-calhanoglu-leverkusen-in-6398799_9148_o

Almaniyanın Mannheim bölgəsində dünyaya gələn Hakan futbola ilk olaraq FC Turanspor Mannheim’da başlayıb. Ardından  Polizei SC Mannheim və  SV Waldhof Mannheim kimi komandalarda oynadıqdan sonra 2012-də Karlsruher SC ilə rəsmi sözləşmə imzalayıb. Karlsruher SCdə ikən Hakan, Hamburg tərəfindən alınır və yenidən Karlsruher SC’yə kirayə verilir və çıxdığı 36 oyunda 17  qol atır. 2013-cü ildən Hamburg forması geyinən Türk futbolçu 32 oyunda 11 qol atır və bir sonrakı sezon Bayer Leverkusen’ə transfer olur. Hazırda Leverkusen ilə çıxdığı 16 oyunda 5 qol 6 asistliq bir performans yaxalayıb. Oyunçu eyni zamanda milli komanda seçimini Türkiyə millisindən yana edib və 5 oyuna çıxıb.

 —

3. Marquinhos – Paris Saint GermainMarquinhos-afirma-que-sería-un-sueño-jugar-en-el-Barça-e1401299691843-672x372

Gənc kariyerasına 2002-də Braziliyanın Corinthians komandasında başlayan Marcos Aoás Corrêa bilinən adı ilə Maruinhos, Corinthiansın əsas komandası ilə sadəcə bir sezon keçirib. 2012 Copa Libertadores’in qazanılmasının ardından Roma’nın diqqətini çəkən Marquinhos 3 milyon avroya Roma’ya transfer olur. Roma’da 1 sezonda 26 oyuna çıxan Marquinhos yüklü bir bonservislə 31 milyon avroya Ərəb sərmayəçilərin aldığı Fransanın PSG klubuna keçir. Burada 28 oyunda 3 qol vuran Braziliyalı müdafiəçi, Fransa liqasını, Fransa kubokunu və Fransa Super kubokunu qazanır.

 —

2. Domenico Berardi – Sassuolo  domenicoberardi_ee3knn5t2a0y1ilz4j148mbvk

Cosenza’da futbola başlayan Domenico Berardi, 2 sezon burada oynadıqdan sonra Sassuolo idarəçilərinin diqqətini cəlb edir və 2010-cu ildə gənc komandaya transfer edilir. 2 il Sassuolo’nun gənc komandasında oynayan Berardi, 2012-2013 mövsümündə 37 oyunda 11 qol vuraraq Juventuslu futbol adamlarının diqqətini çəkir. Juventus Berardi’nin bonservisini alsa da təcrübə qazanması üçün Sassuolo komandasına oynaması üçün icarəyə verir. Keçən mövsüm 29 oyunda atdığı 16 qol ilə özündən çoxca söz etdirmişdi Berardi və bu il də çıxdığı 8 oyunda 3 qol 3 asist ilə hələ də özündən söz etdirir.

 —

1. Raheem Sterling – LiverpoolFBL-ENG-PR-LIVERPOOL-SOUTHAMPTON

Tam adı Raheem Shaquille Sterling olan və Yamaikada dünyaya gələn Raheem Sterling, futbola 9 yaşında İngiltərə Premier League komandalarından Queens Park Rangersin gənc komandasında başlayıb. 7 il burada oynadıqdan sonra Sterling , Liverpool scoutlarının diqqətini çəkir və 2010-da Liverpool’un rezerv komandasına gəlir. Gəldikdən 1 sezon sonra əsas 11-liyə girməyə başlayan Sterling 2012-ci ildən bu yana Liverpool ilə 68 oyuna çıxıb və 14 qol vurub. Yamayikalı oyunçu milli komanda seçimini İngiltərədən yana edib və 11 oyuna çıxıb. Mövsümün əvvəlində Real Madrid ilə də adı hallanan futbolçu görünür hər transfer pəncərəsində adından çoxca söz etdirəcək.

%d bloggers like this: