Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

Autizmli insanlarda fərqlilik yaradan 3 davranış

2 Aprel Dünya Autizm Maarifləndirmə Günü – hər il bu tarix autizm xəstəliyindən əziyyət çəkənlərin yanında olmaqla onlara dəstək olduqlarını hiss elətdirməyə çalışan insanların qeyd etdiyi bir gündür. Həmçininapril-is-autism-awareness-month aprel ayı bütün dünyada autizm maarifləndirmə ayı olaraq bir çox tədbirlər həyata keçirilməklə qeyd edilir. Autizm insanda anadan gəlmə yaranıb ömrünün sonuna qədər davam edən bir davranış fərqliliyidir.  Bu xəstəlik insanın sinir sistemində yaranmış problemlə əlaqədar olaraq ortaya çıxır və uşaqlarda 3 yaşına qədər özünü  göstərir. Autizmin yaranma səbəbləri dəqiq bilinməsə belə daha çox ətraf mühitin təsiri və genetik faktorlardan yarandığı  bilinməkdədir.

  1. Sosial əlaqə qurmaq bacarığının olmaması

    autistic-girlSizinlə danışarkən göz təması qura bilməmələri autizmli şəxslərdə ən çox hiss olunan davranışdır. Belə ki, onlar danışarkən sizinlə göz təması qurmurlar, ya da qursalar belə bu çox qısa müddətlik baş verir və tez bir zamanda gözlərini sizdən yayındırırlar. Hətta Türkiyədə aparılan “Analar uşaqlarının gələcəyi üçün nə istəyir?” adlı sorğuda 6 yaşında olan autizmli uşağın anası  “Öz ayaqqabısını özü bağlasın, köməksiz özü yemək yeyə bilsin, gözümün içinə baxa bilsin və mənə ana desin, bəsdi”  deyə cavab verir.

  2. Ünsiyyət  qurmaqda çətinlik çəkmələriautistic-child-playing_hp8vvk

    Autizm olan şəxslərdə, xüsusən də, uşaqlarda başqaları ilə danışarkən düzgün sözləri seçib danışa bilməmək özünü daha çox biruzə verir. Bu da onların fikirlərini ifadə edə, istədiklərini başqalarına çatdıra bilməmələri ilə nəticələnir. Buna görə də bu cür uşaqlar öz yaşıdları ilə ünsiyyət qurmaqda, dost olmaqda çətinlik çəkirlər. Qrup olaraq oyun oynamaqdan imtina edib daha çox özbaşlarına oyun oynamağı seçirlər. Dost seçərkən də ya özlərindən yaşca kiçiklərə, ya da çox böyüklərə üstünlük verirlər.

  3. Ətraflarında  baş verənlərə diqqət və reaksiya verə bilməmələriالتوحد

    Onlar ətraflarında olan bitənlərə qarşı elə də həssas və diqqətcil olmurlar. Belə ki, elədiklərinin kimisə incidib incitməyəcəyini bilmədikləri kimi, yanlarında ağlıyan birinə reaksiya verməzlər. Əsəbləşmiş, ya da sevinən birinə  qarşı diqqətsiz davranarlar.

 

 

Bununla belə autizmli insanların başqa insanlardan üstün özəlllikləri də vardır. Belə ki, onlar öncədən öyrənmədən musiqi alətlərində mükəmməl ifa edə, 50 il sonra mayın 5-nin hansı günə təsadüf etdiyini deyə bilərlər.  Bu cür yüksək talantlı autizimli insanları “autistik savant” adlandırırlar və autizmli uşaqların yüzdə onunda autistik savanta rast gəlinir.

Bütün bunlara baxmayaraq onlar da bizim kimi cəmiyyətin bir üzvüdür və bu davranışları onları bizdən fərqləndirmir.  Normal münasibət,diqqət və səbrlə onların üzündəki gülüşün səbəbkarı ola bilərsiniz.   Onların buna ehtiyyacı var, çünki autizm seçim deyil, bir yaşamdır.learner2