Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

6 günə arıqlamaq üçün 6 addım

1- Süfrənizdən duzu yığışdırın. Duz qarın nahiyəsinin əriməsinə mane olur.

262640

Ümumiyyətlə, duz sağlamlığınız üçün ziyandır. Onun əvəzinə təbii ədviyyatlar və bitkilərdən (quru otlar) istifadə edin. Bir müddət sonra, tərəvəzlərin əsl dadını hiss etdiyiniz üçün bədəniniz də duzu tələb etməyəcək.

2- Tərkibində karbohidrat az olan qidalara üstünlük verin.

2Tərkibində zülal olan qidaları və tərəvəzi artırıb, karbohidratı azaldın. 1 həftədən sonra fərqi özünüz də hiss edəcəksiniz. Yumurta, pendir, qoz, kəsmik (aşağı faizli, yaxşı olar ki, pəhriz üçün olanlardan), tərəvəzlər, balıq, yağsız ət, arabir qəhvəyi düyü. Onu da qeyd edim ki, qəhvəyi düyü yalnız arıqlamağa kömək etməklə qalmır, həm də ağ düyüdən dəfələrlə faydalıdır. Qəhvəyi düyünün tərkibində maqnezium daha çoxdur, hansı ki, protein və karbohidratların enerji istehsal etməyini asanlaşdırır.

Kartof, makaron və çörək (xəmir) yeməyin.

3- Süd və süd məhsullarından imtina edin.

Dairy and cheese groupSüd məhsullarından, pendir və kəsmiyi çıxmaq şərtilə, imtina edin. Südün tərkibində olan laktoza həzm sistemində problemlər yarada bilər. Arıqlamaq üçün həzmi sürətləndirəcək qidalara üz tutmaq lazımdır.

4- Çoxlu, karbohidratsız meyvə yeyin.

261Sitrus meyvələri və giləmeyvələr sizə arıqlamağa kömək edəcək. Arabir alma da yeyə bilərsiniz. Ancaq diqqətli olun, banan, armud kimi meyvələr bu siyahıya daxil deyil. Onların tərkibində karbohidratı azaltmağa mane olacaq fruktoza var. Portağal, kivi, qreyfurt əla seçim ola bilər.

5- Acı qidalardan istifadə etməyin.

aci_biber_cesitleri_nettekeyif.netAcı qida mədə şirəsinin ifrazını sürətləndirir, bu da sizi acdırır. Ona görə də, acı bibər, istiot yeməyin. Bu sizə pəhriz müddətində lazım deyil.

6- Konservləşdirilmiş qidalardan uzaq olun.

konserv3Şəkər, spirt və başqa qidaların konservləşdirilmiş halından uzaq olun. Konservantların tərkibində trans yağlar var, hansı ki, həmin dəqiqə bədəninizdə özünü biruzə verəcək. Spirtli içkilər yüksək kalorili olur. Şəkər də həmçinin, şəkər əvəzinə arabir bal yeyin.

Xoş görünüşlü olmaq, həm də sağlam və çox yaşamaq üçün bədəninizə 1 həftə istirahət verin . Eyni zamanda daha sürətli və ayaq nahiyəsini arıqlatmaq üçün pəhrizlə bərabər idman edə bilərsiz. Əsas odur ki, hərəkətdə olun, əgər gəzmək üçün vaxtınız yoxdursa, getdiyiniz yerlərə mümkün qədər piyada gedin.