Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

6 addımda mətbəxinizə gözəllik qatın

Mətbəx divarlarınız üçün ilhamverici dizayn fikrinə ehtiyacınız var? Hər gün yeməklərinizi hazırlayarkən mətbəxinizdə zövqlü bir mənzərə yaratmaq istəyirsiniz? Unutmayın, bu dizaynda sərhəd yoxdur. Biraz xəyal gücü və zövqünüzü birləşdirərək, çox gözəl mətbəxə sahib ola bilərsiniz. İşə başlamadan əvvəl yazdıqlarımızı nəzərdən keçirdin.

  1. Rəsm və fotolar.

Mətbəxinizdə meyvə və tərəvəz rəsmləri əla seçimdir. Məşhur fotoqrafların və ya rəssamların əsərlərinin bir nüsxəsi sizə bu işdə kömək edəcək. Bu cür əşyaları hədiyyə dükanlarında tapa və ya online sifariş edə bilərsiniz.

1 metbex_

  1. Dünya mətbəxindən incilər

Zəngin yemək mədəniyyətinə sahib ölkələrin şəkillərindən istifadə edə bilərsiniz. Məsələn, Fransa, İtaliya, Tayland və s.  Ekzotik meyvə bağları, qurudulmuş və başı aşağı şəkildə duran oktabuslar. Mövzular sərhədsizdir. Təbii ki seçdiyiniz bu şəkilləri çərçivəyə salaraq mətbəx divarınızı daha da gözəlləşdirə biləcəksiniz.

pizza 2

 

  1. Ailə fotolarınız

Ailədaxili qeyd etdiyiniz bayramlar, xüsusi günlərə aid şəkilləri də mətbəxinizin dəyişilməz əşyasına çevirə bilərsiniz. Övladınızın ad günündə şamları söndürərkən çəkilmiş rəsmi, Yeni ili qeyd edərkən bütün ailənin bir arada olduğu foto və s. Daha da maraqlı olması üçün ən çox sevdiyinizi mərkəzdə yerləşdirib, digər şəkilləri də onun ətrafında kollaj edə bilərsiniz.

family_

 

  1. Menyular

Vintaj menyular tapıb onları çərçivəyə sala bilərsiniz. Əgər sevdiyiniz bir restoranın yeni və ya köhnə menyusunu bəyənirsəniz, ordan bir nüsxə istəyin. Sonra da həmin restoranın aşbazlarından birinin imzası ilə əlinizdəki menyuya gözəllik qatın. Əgər əlinizdə bol reseptli kitab varsa, onu da bu gözəlliyə əlavə etməyi unutmayın.

page11

 

 

  1. Mətbəx kolleksiyası

Duz, istiot, qeyri-adi çaydan, balaca vintaj əşyalar. Belə şeylər toplayırsınız? Mətbəxə retro bir abu-hava əlavə etmək üçün qədim mətbəx əşyaları ilə yeni əşyaları kombin edə bilərsiniz.

mutfak_

 

  1. Qurudulmuş çiçəklər, ədviyyatlar, bibərlər. 

Sarımsaqları, qırmızı bibərləri, qurudulmuş çiçəkləri divara və ya qapıya asa bilərsiniz. Mətbəxinizə həm gözəllik, həm də aroma qatacaqlar. Həmçinin lazım olanda rahat şəkildə onları tapa biləcəksiniz.

biber_

Bütün bunları edərkən iştahınızın sizi yönləndirməyinə də icazə verin.

Leave a Reply