Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

5 yaşında kompüter mütəxəssisi oldu

İngiltərə’də bir uşaq dünyanın ən gənc kompüter mütəxəssisi  oldu.

5 yaşındaykən texnoloji imtahanını keçən Ayan Qureyşi, Microsoft sertifikatlı professional bir kompüter mütəxəssisi olma  haqqı qazandı.

Atası da kompüter mütəxəssisi olan Ayan, 6 yaşında və evdən qurduğu bir informasiya şəbəkəsi var.

BBC-yə danışan Ayan Qureyşi, imtahanın çətin ama əyləncəli olduğunun, günün birində İngiltərədə texnologiya mərkəzi qurmaq istədiyini dedi. Ayan, ” İmtahanda simsiz giriş sahəsi ilə müxtəlif ssenarilərə söykənən suallar vardı.” -dedi.

Ayanın atası Asim Qureyşi, ” İşin ən çətin tərəfi imtahan suallarını 5 yaşındakı bir uşağın başa düşəcəyi bir dildə yazmaq idi ama oğlum qavramış görünürdü və yaxşı bir yaddaşının olduğunu sübut etdi.” Ata Qureyşi oğlunu kompüterlə 3 yaşında olarkən tanış etdiyini deyir. Uşağın sabit diskləri və ana kartları başa düşməsi üçün köhnə kompüterləriylə oynamağına icazə verib. Asim Qureyşi ” Ayanın, izah etdiyim hər şeyi sabahsı gün də unutmadığını gördüm və məndə daha çox məlumat verməyə başladım.”-dedi. Ayanın evində öz qurduğu informasiya şəbəkəsinin olduğu bir kompüter laboratoriyası var.

Qureyşi ailəsi 5 il bundan əvvəl Pakistandan İngiltərəyə gəliblər.

Anası, ” Çox xoşbəxt və qürurluyam. Ayanın hər gün dünya rekordları qırmasını gözləmirəm təbii ki, ama həyatı boyunca əlindən gələnin ən yaxşısını edəcəyini istəyirəm.”

Ayan İngiltərədə quracağı mərkəzə E-Valley adını verməyi düşünür. Ayrıca öz şirkətini də yaratmaq istəyir.

Mənbə: www.bbc.co.uk

1415903919255_wps_1_Ayan_Qureshi_who_is_the_y _78992754_photo DSC01253