Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

2014-də futbolla vidalaşan ulduzlar

  Carles Puyol

 1999-cu ildən bu günə kimi Barcelona formasını geyinən Puyol, bu il futbolla vidalaşıb.

 Futbolçu olduğu müddətdə 6 La Liga çempionluğu, 3 Çempionlar Ligası çempionluğu, 2 Kral Kuboku qazanıb. İspaniya Milli Komandasıyla da 1 Dünya Kuboku ve 1 Avropa Çempionluğu yaşayıb.

538e2bdc8122b1316338acd0Ryan Giggs

Ryan Giggs, 1990-2014 illəri arasında Manchester Unitedda oynayıb.

13 Premier Liga çempionluğu, 4 FA Cup ve 2 Çempionlar Ligası çempionluğu yaşayıb.

538e2bf27f7fee3b7b52ca9e

Juan Sebastian Veron

Diego Maradona-ın “Stadionda izləmək üçün pul verəcəyim yeganə oyunçu” dediyi, 1975 təvəllüdlü Argenitalı oyunçu Veron da, 2014-də futbolla vidalaşan ulduzlar arasındadır.

Futbol həyatı boyunca Argentina, İtaliya və İngiltərə komandalarında oynasa da, futbol kariyerasının zirvəsinə İtaliya Serie A-da oynadığı futbolla çatıb. Parma və Lazio-da nə qədər uğurlu olsa da, Premier Liganın yüksək büdcəli komandaları, Manchester United və Chelsea-də qalıcı ola bilməyib. Argentinanın Milli Komandası ilə isə 2010-cu ildə vidalaşıb.

538e2c028122b1316338acda

Javier Zanetti

Dünyanın ən professional oyunçularından biri kimi yadda qalacaq olan Argentinalı Zanetti, Argentinanın Milli Komandasına qədər İtaliyanın böyük klublarından olan İnter-in də simvolik oyunçusu olub.  1995-ci ildən 2014-cü ilə qədər İnter-in formasını 615 dəfə geyinən 1973 təvəllüdlü oyunçu, 145 dəfə də öz ölkəsinin Milli Komandasında oynayıb.

Il Capitano ləqəbi ilə tanınan Zanetti 5 Serie A çempionluğu, 4 İtaliya Kuboku çempionluğu, 1 UEFA Kuboku  və UEFA Çempionlar Ligası çempionluğu yaşayıb.

538e2c138122b1316338ace2

Clarence Seedorf

1976 təvəllüdlü Hollandiyalı Seedorf, 1992-ci ildə Ajax-ın A komandasında başladığı professional futbol həyatında ilbəil zirvəyə qalxıb.

Futbolla vidalaşmazdan əvvəl, bir müddət  Braziliyanın komandalarından Botafogo-da da forma geyinən Clarence Seedorf, daha sonralar Milanda başq məşqçi olub. Futbol həyatı boyunca Ajax, Real Madrid, İnter, Milan kimi klublarda oynayıb, 1 Hollandiya çempionluğu, 1 La Liga çempionluğu, 2 Serie A çempionluğu və 3 UEFA Çempionlar Ligası çempionluğu yaşayıb.

538e2c258089e25877ba8053