Kumpulan Resep Terlengkap
Kumpulan Resep Terbaru
Resep Makanan
Tips Rambut
Gambar Model Rambut
Gaya Rambut Terkini
Desain Rumah
Rumah Minimalis
Desain Interior
Home Design
Design Interior
Home Decor
Media Kocak
Media Anak Muda
Media Suka Suka
Trend Fashion
Fashion ideas
style ideas
Trend Hairstyle
Hairstyle Ideas
Tips Hairstyle

14 yaşlı qızına atanın məktubu…

Qızların “ilk məhəbbəti” həmişə ataları olub. Maraqlıdır, ata qızına məktub yazarsa, nələri qeyd edər? Buzz.az olaraq, bir atanın 14 yaşlı qızına yazdıı məktubu sizə təqdim edirik.

14 yaşlı qızıma müraciətim…

Mən heç vaxt səni evdən qovmayacağam- nə 3 il , nə də 30 il sonra

18  yaşında sənin qarşında çoxlu seçimlər olacaq- sən universitetə qəbul ola biləcəksən və mən sənə təhsil illərində də hər zaman dəstək olacam. Çox yaxşı  xatırlayıram ki, 5 il universitet zamanı mən sadəcə rəssamlıqla məşğul olmuşdum. Əlbəttə ki, mənim təqaüddən  başqa qazancım yox idi.

Sən universitetə qəbul olmaqla yanaşı həm də çalışa bilərsən. Yadında saxla, qızım, əgər sən sevdiyin işdə  çalışacaqsansa , bilirəm ki bu rəqs etmək, rəssamlıq, kitabxanada kitab saxlamaq və s olacaq- sən bu zaman pul qazanmaq haqda ən sonda düşünəcəksən. Ancaq tezliklə hiss edəcəksən ki, bütün sevginlə etdiyin işinə görə sənə pul da verəcəklər.

Sən  çox yaxşı,  gözəl,  ağıllı, mükəmməl və zarafatcılsan.

Bilirəm ki, sənin 14 yaşın var, ancaq sən artıq öz-özünə və mənimlə birlikdə böyüyən böyük bir dünyasan. Sən daha da yaxşı ola bilərsən, əsas odur ki, eyni yerdə dayanıb qalma və istiqaməti dəyişmə.

Əgər yaxşı insan olmağa qərar vermisənsə, irəli get. Dünya səni bu yaxşılıq üçün qəbul edəcək. Xeyirxah və yaxşı olmaqdan heç vaxt çəkinmə.

Mən bütün həyatım boyu sənə nümunə olmağa çalışmışam.

Bəlkə də gülməli saslənir, mən ki oğlanam… Baxmayaraq ki atayam, sən isə qız. Ancaq sən həmişə görmüsən ki, mən yalan danışmıram, oğurluq etmirəm, öz işimi düzgün yerinə yetirirəm, işimi sevirəm. Ən əsası isə sən həmişə bilirdin ki, mən səni sevmişəm. Biz  səninlə fərqliyik, sən tamamilə müstəqil şəxsiyyətsən. Mən hər zaman sənin seçim və qərarlarına hörmət edəcəm, səndən isə mənim qərarlarıma hörmət etməyi istəyəcəm.

Çox istəyirəm ki, səndən heçnə gözləməməyi öyrənim.

Bunu mənə öz atam-sənin baban öyrədib. O mənə skype vasitəsilə zəng edir, məni bir neçə dəqiqə görməklə belə uşaq kimi xoşbəxt olur. Anamla həyatıma bəzən müdaxilə də edib. Ancaq mənə ali təhsil veriblər. Onlar çox istəyirdilər ki, mənim diplomum olsun. Fərqi yoxdur hansı peşədə olmağımın. Anam həmişə “Sənə təhsil vermək- mənim borcumdur. Ondan sonrası isə necə istəyirsən elə də davam elə” deyərdi.

Onların bu öhdəliyi mənə də keçib. Diplom əldə et, sonra isə nə ilə istəyirsənsə, onunla da məşğul ol. Ancaq unutma ki, hər addımında səninlə olan, sənə məsləhət verə biləcək bir atan var.

Sən mənə heçnədə borclu deyilsən.

Mən bacardığım qədər sənin üçün hər şeyi etməyə çalışmışam. Hətta bacardığımdan da çox. 3 yerdə işləmişəm,  gecələr səni xəstəxanaya aparmışam, gecə növbəsindən sonra yatmaq əvəzinə səninlə gəzintiyə çıxmışam, sənin üçün mahnılar oxumuşam, dostların haqqında hekayələrinə qulaq asmışam. Mən bunu ona görə etməmişəm ki, bu mənim valideynlik borcumdur. Ona görə etmişəm ki, sadəcə olaraq səni sevmişəm. Sən bizim evdən ayrılıb gedəndə həyatımızdakı sevincli günləri həmişə xatırla. Öz ailəndə də bu cür anları qoruyub saxlayacağına əminəm.

Sənin daimi bir evin var.

Qapıları hər zaman sənə açıq olan ev… Həyatında nə olmasından asılı olmayaraq, mən həmişə səninlə olacam. Sənə kömək lazım olanda hiss edəcəm və mən sənə dəstək olacam, hətta  sən bunu istəməsən belə. Lazım gəldikdə həyatına müdaxilə edəcəm. Çünki heç kimin mənim qızımı incitməyə haqqı yoxdur.  Mən kiməsə sənə əl qaldırmağa, səni təhqir etməyə icazə verməyəcəm.  Sən sadəcə sevilməyə layiqsən.

Mənim öz həyatım var.

Mən sənə görə bütün işlərimi kənara ata, sənin rahat yaşayışın üçün hər şeyi etməyə hazıram. Bu başqa cür də ola bilməz- çünki mən səni sevirəm. Səninlə sevgidən başqa nəyi bölüşə bilərəm ki? Nağıllarımı?  Sən onu körpəlik illərində eşitmisən.  Mahnılarımı? Sən onları onsuz da xatırlayırsan. Mənim həyatım və sənin uşaqlığın haqqındakı xatirələrimi? Bəlkə də hə. Amma hər bir halda bunu unutma:  Mən səni sevirəm. Mənə həmişə zəng elə və evimizə gəl. Birlikdə səninlə bütün çətinliklərin öhdəsindən gələrik.

 Sənin öz həyatın var.

Baxmayaraq ki, sənin həyatın ayrıdır, mən yenə də ona müdaxilə edəcəm.Ailə həyatı qurmadan əvvəl gələcək həyat yoldaşınla bizə gələcəksən. Bizim evimizdə hər şey düzgündür. Biz hər gün bir-birimizə  çəkinmədən “Səni sevirəm, sən çox yaxşısan” deyirik. Çox istərdim ki, sənin seçəcəyin insan da elə olsun. Çünki qapalı insanla sənə yaşamaq çətin olacaq. Ancaq əlbəttə ki, sən ruhunun və qəlbinin istədiyi kimi də hərəkət edə bilərsən.

Bizdən heçkim tam olaraq nəyə qadir olduğuna əmin deyil.

Bəzən mənə elə gəlir ki, əlimizdəki güc heçnəyə kifayət etmir. Düşünürsən ki, həlli olmayan problemlər ancaq sənə qismət olur. Elə deyil. O problemlər mənim də başıma gəlib, ananın da, hamının. Daha sonra ağlayırsan, mübarizə aparırsan, əziyyət çəkirsən və sonda həllini tapırsan.  Sən bütün problemlərin öhdəsindən gələcəksən. Biz hər zaman sənin arxandayıq-sadəcə qapını döyməyin kifayətdir. Hətta mənimlə sirrlərini bölüş, heçkim bu haqda bilməyəcək. Hər şey yaxşı olacaq.

Və son olaraq. Ağlamaq istəsən,  evimizə gəl.

Burda çoxlu dəsmal var. Həmişə telefonu bol enerjidə saxla, çünki hər bir anda mən sənə zəng edə və xatırlada bilərəm ki, səni necə çox sevirəm.

 

Leave a Reply